Özbək şairəsi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair ilk kitabının təqdimatı keçiriləcək A- / A+
13 noyabr 2020-ci il Bakı vaxtı ilə saat 15:00-da tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin bu günlərdə Azərbaycanda çap olunmuş “Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı keçiriləcəkdir.Əsəri özbəkcədən gənc özbək yazar Rəhmət Babacan, azərbaycanlı şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim Azərbaycan dilinə uyğunlaşdırıblar.“Adı Lalə idi o qızın” adlı kitab Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin layihəsi ilə çap olunub və nəşrin məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədovdur.
Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda işıq üzü görən ikinci kitabının “Ön söz” və “Təqdim” yazılarının müəllifləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.
Təqdimat mərasimi Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin birgə layihəsi ilə keçiriləcəkdir.
“Adı Lalə idi o qızın” adlı əsərdə birinci Qarabağ müharibəsi zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acılardan, məhv olmuş uşaqlıq arzuları, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumları və bu təxribatın dayandırıldığı 16 iyul tarixində tamamlanıb. Xasiyyət Rüstəm qeyd edib ki, onun əsərinin baş qəhrəmanı Lalə adlı qız Azərbaycanda tədbirdə olarkən, ona yaxınlaşıb və ona məktub təqdim edib. O, bu məktubdan təsirlənərək sözügedən əsəri yaradıb.
Özbəkistanın və Azərbaycanın tanınmış simalarının, ziyalılarının, qələm adamlarının iştirak edəcəyi təqdimat mərasimindən sonra kitab hər iki ölkənin mədəniyyət ocaqlarına, aparıcı kitabxanalarına, müxtəlif dövlət qurumlarına və oxucularına hədiyyə ediləcəkdir.
Tarix: Bu gün, 00:38
Digər xəbərlər
-
Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib
-
Ruhiyyə Məmmədova: “Qələbəyə görə minnətdarlıq hissini bərəkətlə bölüşürük”
-
Özbək şairəsi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair ilk kitabının təqdimatı keçiriləcək
-
YIRMINCI YÜZYILIN IKINCI ON YILINDA AZERBAYCAN VE ERMENISTAN
-
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Cəlilabad rayon sakinini həbs etdi
-
Ruhiyyə Məmmədova: “Qələbəyə görə minnətdarlıq hissini bərəkətlə bölüşürük”
-
Daşkənddə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirilib
-
Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib