1 avqust – 1 noyabr 2020 – ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Mədəniyyət sahəsində virtuallaşma və elektronlaşmanın təşviq edilməsi istiqamətində tədbirlərin keçirilməsi” layihəsi icra olunub.
Layihənin həyata keçirilməsində əsas məqsəd mədəniyyət sahəsində virtuallaşma və elektronlaşmanın təşviq edilməsi, bu sahədə olan geriliklərin aradan qaldırılmasına tövhə verilməsi, Azərbaycanın maddi və qeyri – maddi mədəni irsinin virtual aləmdə təbliğinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin – mədəni irsinin obyektiv formada dünyada yayılmasında paytaxtla yanaşı, regionların rolunun və regionlarda təşəbbüslərin artırılması olmuşdur.
Layihə çərçivəsində “Mədəniyyət sahəsində virtuallaşma və elektronlaşma” mövzsunda 3 infovideo – videoçarx; “Abidələrin pasportlaşması”, “Virtual muzey” və “Elektron kitabxana” infovideoları ekspertlərin məlumatları əsasında hazırlanıb.
DVD formatında xüsusi hazırlanmış videoçarxlar disklərə yazılıb, qablaşdırılaraq Regional Mədəniyyət İdarələri vasitəsilə regionlarda fəaliyyət göstərən mədəniyyət işçilərinə paylanmış, layihə ideyasının daha çox kütləyə çatmasını təmin etmək məqsədilə təşkilatın rəsmi sosial şəbəkə hesablarında da yerləşdirilib.

Tarix: 3-11-2020, 17:45
Digər xəbərlər