Ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası bu ilin əvvəlindən başlayaraq bütün dünyanı təlatümə salaraq qorxu altında saxlamaqda davam edir. Bu xəstəlik əleyhinə vaksin tapılmadığından ən qüdrətli dövlətlər belə ciddi sınaq qarşısında qalıb. Hər bir dövlət kimi Azərbaycan da bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərir və qorxulu virusa qarşı geniş miqyasda tədbirlər həyata keçirir. Bu tədbirlərdən Vətəndaş cəmiyyətinin üzvləri də kənarda qalmayıb, koronavirusa qarşı mübarizədə əhalini maarifləndirib, koronavirusdan zərər çəkmişlərə yardım ediblər.Pandemiya zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xəstəliklə mübarizə ilə bağlı xüsusi tədbirlər planı hazırlamış, maliyyə yardımı ayırmış, bir çox layihələrin həyata keçməsini təmin etmişdir. Belə layihələrdən biri də ”Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi “Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək” adlı layihədir. Təşkilatın sədri Xanım Əhmədzadə bildirmişdir ki, layihə xüsusi qayğıya və diqqətə ehtiyacı olan vətəndaşlara ərzaq kuponu paylanması, koronavirusdan qorunmaq məqsədi ilə maarifləndirici məlumatların yayılmasından ibarətdir. Bu kimi layihələr bir daha təsdiq edir ki, ölkə vətəndaşı qarşılaşdığı hər bir çətinliyin, problemin həllində dövlətimizin qayğısını üzərində hiss edir. Minlərlə insanın həyatına son qoymuş bu xəstəliyin tezliklə, ən yaxın zamanda olkəmizdən, planetimizdən birdəfəlik yox olması üçün koronavirusla mübarizə qaydalarına əməl etməli, bunu həyat tərzimizə çevirməliyik. Bu kimi əhaliyə dəstək tədbirləri ölkə vətəndaşlarında xəstəliklə mübarizəyə inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaradır. Ölkəmiz pandemiya ilə mübarizədə ən düzgün strateji yolla gedir və dövlət hər zaman öz vətəndaşlarının yanındadır.
Tarix: 27-10-2020, 12:46
Digər xəbərlər
-
QHT aztəminatlı ailələrə sosial yardım etdi – FOTOLAR
-
Azərbaycan əczaçılarından Prezidentə dəstək
-
Sosial şəbəkələrlə bağlı layihə uğurla başa çatıb
-
Zaman Bajwa: "Youth of Pakistan are firmly standing with their brethren from Azerbaijan"