“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsi çərçivəsində kitabça hazırlanıb.Təşkilatdan verilən məlumata görə, layihədə nəzərdə tutulmuş və icrası artıq yekunlaşmış ictimai müzakirələr və sosial sorğunun yekununa həsr olunmuş kitabça işıq üzü görüb.İki hissədən ibarət olan kitabçanın ön səhifələrində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsinin, Milli Məclisin deputatının və ölkənin tanınmış ekspertlərinin məqalələrinə, fikirlərinə yer verilib.Onlar sosial şəbəkələrdən, bu məkanda informasiya təhlükəsizliyindən və açıq internet mühitində vətəndaş cəmiyyətinin rolunun artırılmasından nümunələr gətiriblər.Ekspertlər həmçinin vətəndaşların, gənclərin, media nümayəndələrinin və bəzi aidiyyəti qurumların üzərinə düşən vəzifələrdən, məsuliyyətdən bəhs ediblər.
Kitabçanın ikinci hissəsində isə mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri dərc olunub.Layihənin şərtlərinə uyğun olaraq sözügedən vəsait bəlli tirajla vətəndaşlara ödənişsiz çatdırılacaq.
Xatırladaq ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirilir.
Tarix: 22-10-2020, 09:26
Digər xəbərlər
-
Müharibədən sonra yaranmış yeni situasiyada milli kimlik
-
Azərbaycan qadınlarını Türkiyənin Konya şəhərinə apararaq insan alveri ilə məşğul olan Tovuz rayon sakini həbs olundu
-
Əsgərə məktub: "Qarşınızda baş əyirəm"