Daşkənddə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirilib A- / A+
 
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycanın qələbəsi ilə bağlı bayram tədbiri keçirib.Bayram tədbirində Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan soydaşlarımız, azərbaycanlı tələbələr, jurnalistlər iştirak edib.Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin binası qarşısındakı abidəsi önünə çiçək dəstələri düzüb.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Hüseyn Quliyev qələbə münasibəti ilə bayrama toplaşanları təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən ədalətli və şərəfli müharibədən danışıb, işğal altında olan şəhərlərimizin azad olunması istiqamətində əsgərlərimizin şücaəti haqqında söhbət açıb.
Səfir deyib ki, ümumiyyətlə 300-dən artıq yaşayış məntəqəsi düşmən tapdağından azad olunub. Qədim Şuşa şəhərinin azad olunması isə bir ayrı qəhrəmanlıq salnaməsidir.
Hüseyn Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı haqqında da məlumat verib.
Azərbaycan və özbək sənətçilərin ifasında musiqisinin sədaları altında bayram tədbiri bir neçə saat davam edib.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri qədim rəqslərimizi, İlham Abdullayev sazda el havalarını ifa  edib.
Azərbaycan ordusunun möhtəşəm zəfəri, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyinin uğurlu nəticəsi olaraq iştirakçılar Vətən torpaqlarının azad olunması münasibəti ilə bir-birilərini təbrik ediblər.
шаблоны для dle 11.2
Tarix: Bu gün, 00:35


Share





TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

0
1
2
3
4
ƏN ÇOX OXUNANLAR
  • Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
  • Ermənilərdən inanılmaz fırıldaq:Qadın idmançı kişi çıxdı -FOTOLAR
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Azərbaycan snayperinin qurbanı olan erməni ƏSGƏRİ:ŞOK GÖRÜNTÜLƏR -Ekskülziv,VİDEO
  • SON DƏQİQƏ: Ordumuz düşmənə ağır zərbə vurdu:3 ölü, 5 yaralı -ERMƏNİSTAN İNKAR EDİR
  • Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"
  • “Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”
  • Paşinyan yenə HƏDƏLƏDİ: Azərbaycan sevinməsin, narahat olsun
  • Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? – pediatrdan xəbərdarlıq
  • Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq? - Ekspert CAVAB VERDİ
Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?