Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi tərəfindən şəhid və Milli Qəhrəman ailələrinə daimi olaraq diqqət və qayğı göstərilir. Bu humanist addım 9 Noyabr-Dövlət Bayrağı Günü də davam etdirilib. Belə ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədovun rəhbərliyi ilə 9 Noyabr-Dövlət Bayrağı Günü Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılovun ailəsi ziyarət olunub. Ədhəm Məmmədov Milli Qəhrəmanı İlqar İsmayılovun ailə üzvlərinə üzvülük vəsiqələrini təqdim edib. Ədhəm Məmmədov deyib ki, vətən uğurunda şəhid olan soydaşlarımızın qanı yerdə qalmır və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi müzəffər Azərbaycan Ordusu 27 ildən artıqdır işğal altında qalan doğma yurd yerlərimizi erməni işğalından azad edir.
Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılovun ailə üzvləri göstərdiyi diqqət və qay görə Ədhəm Məmmədova təşəkkür edib. Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayava əldə olunana uğurlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Fatma ana deyib ki, qələbə xəbərlərini İlqarın şəhid olduğu torpağa - Laçına özü vermək istəyir.
Xatırladaq ki, İsmayılov İlqar Sədi oğlu 29 mart 1959-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1981-ci ildə ali məktəbi bitirmişdir. O, dzyudo üzrə idman ustası idi. 1981-ci ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. 1983-cü ildə ordudan tərxis olunmuş və 1986-cı ilə qədər “Dinamo” İdman Klubunda məşqçi işləmişdir. O, sonra leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. O, burada baş leytenant rütbəsinə kimi yüksəlmişdir. İ.İsmayılov bir neçə müddətdən sonra polis kapitanı rütbəsi alır. O, 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfində vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülmüşdü. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərmişdir. 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunmuşdur. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləmişdir. Bacarıqlı komandir İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önünə isə büstü qoyulmuşdur.

Tarix: 10-11-2020, 12:03
Digər xəbərlər