Nərminə Abbasova: “Podaqranın müalicəsi zamanı ağrıkəsici preparatlardan istifadə edilir ki, bunlar da simptomatik müalicədir və problemi həll etmir"
Podaqra keçmişdə yalnız yüksək təbəqəli insanlarda rast gəlindiyi üçün "Krallar xəstəliyi" adlanırdı. Həddən artıq qida və içki qəbulu bu xəstəliyi yaradır. Qidadan aldığımız purinlər uratlara çevrilərək oynaqlara toplanır, kristallaşaraq oynaqlarda ağrılı artritə səbəb olur. Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biridir. Bu xəstəliklə bağlı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasovanın müsahibəsini təqdim edirik.
-Nərminə xanım, padoqra xəstəliyinin simptomları özünü necə büruzə verir?
-Podaqra ağrılı, qızartılı, şişkin oynaqlar ilə xarakterizə olunur. Daha çox ayaq baş barmağında rast gəlinsə də, ayaq əl biləklərində, dirsəklərdə yarana bilər. Ani başlayan ağrılar saatlar, bəzən günlər çəkir. Nadir hallarda ağrı həftələrlə uzanır. Podaqrası olan insanlarda illərlə təkrar tutmalar ola bilər. Podaqra kişilərdə daha çox rast gəlinir. Qadınlarda menopauzadan sonra yarana bilir.
-Bəs podaqrada risk faktorları varmı?
-Piylənmə, gənc yaşlarda artıq çəki, orta və ya həddan artıq alkoqol qəbulunu misal çəkib. Bəzi dərman qəbulu və xəstəliklər də oynaqlarda urat toplanmasına səbəb olur. Podaqra müalicə edilmədikdə uratlar oynaqlara, bağlara və digər toxumalara zərər verir. Podaqra şikayətləri ilə həkimə müraciət etdikdə oynaqdan aspirasiya olunmuş mayedə uratlar araşdırılaraq diaqnoz qoyulur. Proses lokal anesteziya ilə həyata keçir. Eyni zamanda, uratların qandakı miqdarı da ölçülməlidir.
-Belə xəstələr ağrıların qarşısını necə ala bilər?
-Çoxlu su qəbul edərək podaqrada kəskin ağrılı atakların qarşısını almaq olar. Bundan əlavə, alkoqollu içki qəbulunu dayandırmaq lazımdır. Çünki alkoqol böyrəklərin funksiyasını pozaraq bədəndə uratların toplanmasına səbəb olur. Bundan başqa, qidalanmaya diqqət edərək podaqranın qarşısını almaq olar. Dəniz məhsulları və qaraciyər, beyin, böyrək kimi purin ilə zəngin qidalar riski artırır.
Podaqranın müalicəsi zamanı ağrıkəsici preparatlardan istifadə edilir ki, bunlar da simptomatik müalicədir və problemi həll etmir.
DİQQƏT!
Əgər sizə də podaqra diaqnozu qoyulubsa, müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:
TEL: ; ;
MOB: ;

Tarix: 9-09-2020, 08:34
Digər xəbərlər
-
Könüllülüklə bağlı onlayn beynəlxalq panel müzakirəsi təşkil olundu
-
İş adamı cəbhəyə əsgərlərimizin qalması üçün çadır göndərdi
-
Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”