Əsəri özbəkcədən uyğunlaşdıranlar Afaq Şıxlı, Eluca Atalı və Şermurad Sübhandır. Nəşrdə Xasiyyət Rüstəmin həm şeirləri, həm də müxtəlif illərdə yazdığı gündəliyi öz əksini tapıb.
Nəşrə Millət vəkili Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şairə Afaq Şıxlı ön söz yazıblar. Əsərinin redaktoru və proloq müəllifi Əkbər Qoşalıdır.
Qeyd edək ki, müasir Özbək poeziyasının nümayəndəsi Xasiyyət Rüstəmin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunmuşdur. Şairin “Leyli ağaclar” adlı kitabına onun müxtəlif illərdə yazdığı şeirlərdən və “Gündəliy”indən seçmələr daxil edilib.
Ön sözdə qeyd olunur ki, öz şairliyi, ziyalılığı, nəcibliyi ilə tanınan şairə Xasiyyət Rüstəm ədəbi yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınır və onun nəşr olunan “Leyli ağaclar” adlı kitabı Azərbaycan Mədəniyyət Mərkəzinin Özbək ədəbiyyatına dair həyata keçirdiyi ikinci layihədir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrin Azərbaycanda Özbək ədəbiyyatı ilə maraqlananlar, tədqiqatçılar üçün maraqlı, faydalı olmaqla yanaşı, ədəbi əlaqələrimizə bir töhfə olacağına əminliyini ifadə edib.
Nəşr olunan kitaba şairin “Həyat”, “Dünya”, “Anam”, “Sevincə”, “Bir fevral səhəri” və s. şeirləri daxil edilib. Kitabda şairin müxtəlif dövrlərdə qələmə aldğı “Gündəliy”indən də seçmələr verilib.
Nəşrdə Xasiyyət Rüstəmin ədəbiyyat sevgisi, onun poeziyaya baxışına nəzər salınır və müəllifdən sitat verilir: Məni ədəbiyyatsızlıqla sınağa çəkmə deyən şairə ulu yaradana dua edir ki, “Mənim də dayandığım bir aləm, bir dünya var, bu ədəbiyyatdır! Əgər o olmazsa, mənin tarazlığım itər! Eyni gün, eyni anda torpağa gömülərəm! Tanrım, məni ədəbiyyatsız buraxma, ədəbiyyatsızlıqla imtahana çəkmə! Yalvarıram, yoxsa, həyat məni tərk edər, özümə də sahib ola bilmərəm...”
Qeyd edək ki, Xasiyət Rustəm Azərbaycan sevdalısı və ölkəmizin yaxın dostudur. O, daim Azərbaycanın haqq işinə dəstək göstərir, Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı çıxır, bu mövzuda ilk əsərini də qələmə alıb.
X.Rustamin rəhbərlik etdiyi “Kitab Dünyası” qəzeti yalnız Özbəkistanın deyil, türk dünyasının ədəbiyyat-sənət ocağına çevirmiş, qəzetin hər sayında Azərbaycan ədəbiyyatına xüsusi yer ayrılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Leyli ağaclar” adlı kitabın gələcəkdə Bakıda və Daşkənddə təqdimat mərasimləri keçiriləcəkdir.
-
Zaman Bajwa: "Youth of Pakistan are firmly standing with their brethren from Azerbaijan"
-
Əlcəzair milli bayramını qeyd edir
-
Sosial şəbəkələrlə bağlı layihə uğurla başa çatıb
-
СОДРУЖЕСТВО ГОСУДАРСТВ ОДКБ - ЭТО СТРАНЫ АГРЕССОРЫ? ИЛИ ЗАЛОЖНИКИ РЕСПУБЛИКИ АРМЕНИЯ ?