Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və Şərqdə ilk milli operanın banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illik ildönümü ilə əlaqədar olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin, "Beynəlxalq Azərbaycan Xanımları Klubu", İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü və təşkilati dəstəyilə maraqlı videokonfrans keçirilib.Videokonfransda Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərova, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Gəncə regional nümayəndəliyinin rəhbəri Nərgiz Əhmədqızı giriş sözü ilə qonaqları salamlayıblar.
Tədbirdə Sultan Qabus Universitetində fortepiano müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Üzeyir bəy Hacıbəyli haqqında hazırladığı teqdimatı - arxiv şəkilləri və bəstəkar haqqında heç bir yerdə səslənməyən tarixi faktları ilə tamaşaçıların böyük marağına səbəb olub. Videokonfrans boyu Vusalə xanım və tədbirin moderatorluğunu icra edən Sultan Qabus Universitetinin kanon müəlliməsi Şəbnəm Şıxəliyevanın ifalarında Üzeyir bəy yaradıcılığından ecazkar musiqi nömrəleri eləcə də
“Jafarlinsky Band” qrupunun müşayiətilə Nurlan Cəfərli tarda musiqi kompozisiyalarını ifa etdilər. Tədbirdə son söz Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış, ilk orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqə verilmiş və o öz təşəbbüsü ilə Niderland, İtaliya, ABŞ, İsveç, Finlandiya, Cənubi Afrika, Cənubi Koreya və Fransanın orqan ifaçılarının birlikdə Azərbaycanın dövlət himnini səsləndirdiyi videonu nümayiş etdirmişdir.

Tarix: 25-09-2020, 02:04
Digər xəbərlər
-
Prezident İlham Əliyevin Bakıda heykəlinin ucaldılması təklif edilib
-
Eldar Mirzəliyev: "Çox xoşbəxtdik ki, möhtəşəm qələbəyə şahidlik edik"
-
Qarabağın torpağı Kiprə aparılıb…
-
Tanınmış özbək şairə Xasiyyət Rüstəmin Qarabağa dair kitabının təqdimatı olub