Ötən il ərzində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarına yenidoğulan uşaqlara Satia, Meysən, Vulkan, Leysan, Tayfun, Meynə, Aureleya və digər bu kimi adların qoyulması üçün müraciətlər edilib.
Ədliyyə Nazirliyindən bildirilib ki, həmin uşaqlara bu adların qoyulması qeydiyyat orqanları tərəfindən tövsiyə edilməyib.
Nazirlikdən qeyd edilib ki, qeydiyyat şöbələrinə yeni doğulan uşaqlara ad qoyulması ilə bağlı müraciət edən vətəndaşlara adətən milli adlara üstünlük verilməsi tövsiyə olunur. Valideynlərə övladlarına gülüş doğuran, çətin tələffüz olunan, uşağın mənafeyinə xələl gətirə biləcək və yaxud cinsinə uyğun gəlməyən ad seçməmələri məsləhət görülür:
"Eyni zamanda, yeni doğulan uşaqlara ad qoyulmasında valideynlərə kömək göstərilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən "Adın mənası" elektron xidməti (http://exidmet.justice.gov.az:8284/VVA/Names) yaradılıb. İnsanlar bu xidmət vasitəsilə Azərbaycan adları, onların mənası və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya ala bilərlər". (trend)
Tarix: 4-03-2020, 17:59
Digər xəbərlər