“Azərbaycançılıq bizim Konstitusiya dəyərləri sisteminə əsaslanan ideologiyamızdır” A- / A+
Sərxoş İsmayılov: “Əminəm ki, tezliklə haqq-ədalət zəfər çalacaq, Urayna və Azərbaycan öz tarixi torpaqlarını geri qaytaracaq
Xeyriyyəçilik və yardımlaşmaq soydaşlarımıza da məxsus olan azərbaycançılıq nümunəsidir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılovun KANAL 5-ə açıqlamasını təqdim edirik.
Xatırladaq ki, İsmayılov Sərxoş Məzahir oğlu, 1952-ci ildə dekabrın 19-da Azərbaycanın İmişli rayonunun Qaravəlli kəndində anadan olub. Sonra, 1958-1968-ci illər dövrü Azərbaycanın Saatlı rayonun Səməd Vurğun adına orta məktəbini  bitirib. 1971-1973-cü illər dövrü, SSRİ-nin Silahlı Qüvvələrində  xidmət edib. Hərbi xidmət etdikdən sonra Ukraynaya daimi yaşamaq üçün köçüb və 1974-1979-cu illərdə “Dnepropetrovsk şin zavodu”nda operator vəzifəsində çalışıb.
1979-1992-ci illərdə  Dnepropetrovskda Krasnoqvardeisk rayonun ərzaq ticarətinin idarəsində ticarət avadanlığı  mexaniki   işləyib. 1987-1992-ci illərdə   Kiyevdə Ticarət və İqtisadiyyat İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
1992-ci ildən və hal-hazırda əsas fəaliyyəti  ticarət-alınma sahəsi olan KALİNA kollektiv müəssisənin direktoru və əsas təsisçisidir.
2001-ci ildə Dnepropetrovsk Azərbaycanlıları Liqası dövlət qeydiyyatına alınıb və 2003-cü ildən bu təşkilatın sədridir. Təşkilatın “Огни Азербайджана” ("Azərbaycanın işıqları") adlı qəzeti nəşr olunur, həmçinin Azərbaycan dilinin öyrənilməsi üçün «Bazar günü» məktəbi, xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir. Hər həftə Milli-Mədəniyyət Mərkəzinin ofisində  liqa üzvlərinin iclası keçirilir.
Bundan əlavə, Sərxoş İsmayılovun təşəbbüsü ilə Dnipropetrovsk şəhərində, gənclərin idman inkişafi  məqsədi ilə “ЛАД” mini-futbol komandası təşkil olunub və həmin komanda uğurla şəhər futbol yarışmalarında iştirak edir. Komanda şəhər rəhbərliyi tərəfindən çoxsaylı fəxri sertifikat və mükafatlarla layiq görülüb. Ailəlidir, 2 övladı var.
“Həmişə azərbaycançılıq ideyalarını təbliğ edirəm”
Sərxoş İsmayılov deyib ki, tarixi vətənindən uzaqda yaşamasına baxmayaraq, həmişə azərbaycançılıq ideyalarını təbliğ edir: “Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri və Milli-Mədəniyyət Mərkəzinin qurucusu kimi mən öz strateji məqsədi kimi müstəqillik, suverenlik və dünyəvi prinsiplərə əsaslanan demokratik dövlət qurmağı seçmiş xalqımızın ideologiyasını nümunə kimi görürəm. Böyüməkdə olan nəslə, həmvətənlərimə və ukraynalı dostlarıma deyirəm ki, bizim ideologiyamızın əsasını bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası təşkil edir. Azərbaycançılıq bizim Konstitusiya dəyərləri sisteminə əsaslanan ideologiyamızdır.
Əminəm ki, müxtəlif ölkələrdə diasporun təşəkkülündə və ideologiyanın təbliğində kütləvi informasiya vasitələri böyük rol oynayır. Belə ki, azərbaycançılıq ideyaları 2002-ci ildən nəşr olunan bizim “Огни Азербайджана” qəzeti vasitəsilə təbliğ olunur”.
Liqa sədri bildirb ki, çoxəsrlik ənənələrimizi nəinki yad edir, həm  Vətənimizin hüdudlarından kənarda onlardan danışır, həm də iki müstəqil qardaş dövlət arasında dostluğu möhkəmləndirirlər: “Ən başlıcası isə, o zaman təşkilatın rəsmi mətbu orqanı olan qəzetin nəşrinə başladıq. 2002-ci ilin yanvarında “Огни Азербайджана” qəzetinin ilk nömrəsini əlimdə saxlayaraq dedim: “İnanın ki, dostlar, bu nəşr Dnepropetrovsk Azərbaycanlıları Liqasının xeyirxah işlərinin əsl salnaməsinə çevriləcək”. Bu, belə də oldu. Onun səhifələrində biz Ukraynadakı və digər ölkələrdəki diasporun həyatından, azərbaycançılıq ideyalarından, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin dinc azərbaycanlılara qarşı işğalçılıq siyasəti haqqında həqiqətlərdən bəhs olunur, eləcə də digər aktual mövzulara toxunulur. 18 il ərzində biz mütəmadi olaraq qəzetimizi dərc edirik. Mən isə onun şef-redaktoruyam. Qəzet ölkənin ən böyük kitabxanalarına paylanılır. Tirajın bir hissəsini Dnepr şəhər şurası, Vilayət Dövlət Administrasiyası, yerli İslam Mədəniyyət Mərkəzi və digər qurumlara təqdim olunur”.
“Bizim qəzet Ukraynada diaspor KİV-ləri arasında ən yaxşı nəşr hesab edilib”
Sərxoş İsmayılov deyib ki, qəzet dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub: “Belə ki, qəzet Ukraynada diaspor KİV-ləri arasında ən yaxşı nəşr hesab edilib. Ona Ukrayna Milli Jurnalistlər İttifaqının rəsmi "Tale: jurnalist" kitabının rəhbəri həsr olunub. Həmçinin NSCC və "Korrupsiyaya qarşı mübarizə və vətəndaşların hüquqlarının pozulması Komitəsi"nin mükafatlarına layiq görülüb. İstedadlı fotoqraf İrina Tsurkanova və qəzetin əvəzsiz baş redaktoru, ən parlaq nəşrlərin və rezonans ictimai-siyasi araşdırmaların müəllifi Andrey Tsurkanov: NSJU üzvü, rayon və şəhər şuralarının sabiq deputatı, Ukrayna Xalq deputatının köməkçisi – məsləhətçisi, NSCU-nun yaradıcılıq müsabiqələrinin qalibi, qubernator və Merin diplomlarının və təşəkkürnamələrin sahibidir”.
Sərxoş İsmayılov fəal həmvətənlərimizi təşkilat ətrafında birləşdirməklə öz arzusuna çatdığını vurğulayıb: “2013-cü ildə Azərbaycan Milli-Mədəniyyət Mərkəzini Dneprdə təsis etdim. Bu milli ocaq ilk növbədə Ukraynada yaşayan azərbaycanlıların gələcək nəsilləri üçün yaradılıb. Mərkəzin bazasında xoreoqrafiya və şahmat dərnəkləri, ibadət otağı və “Bazar günü” məktəbi fəaliyyət göstərir.
Akt zalında birgə Ukrayna və Azərbaycan bayramlarını keçirir, xatirə və anım günlərini qeyd edirik. Biz Xocalı sıyqırımı, 20 Yanvar, Qarabağın işğalı və s. kimi tariximizin qanlı səhifələrini heç vaxt unutmuruq. Biz təkcə soydaşlarımızı deyil, həm də müxtəlif dinlərin nümayəndələrini, kütləvi informasiya vasitələrini, ictimai təşkilatların üzvlərini və s. dəvət edirik. Müzakirələr zamanı biz o dəhşətli hadisələr haqqında həqiqəti izah edən sənədli kinoxronika, fotomateriallar, kitablar və qəzetlər nümayiş edirik”.
O, sosialyönümlü layihələri ilə ukraynalılarla azərbaycanlılar arasında dostluğu daha da möhkəmlədir
Sərxoş İsmayılov Ukraynadakı soydaşlarımıza əlində gələn köməkliyi əsirgəmədiyini deyib: “Mən, ümumiyyətlə, başa düşmürəm, əgər kimsə kömək üçün xahiş edibsə, ona necə üz çevirmək olar?! Bəzən mənə müraciət edirlər, bəzən mən özüm görürəm ki, kimə nə lazımdır. Bu, yalnız maddi yardım deyil, həm də ərzaq və ya paltar ola bilər. Qeyd etmək istəyirəm ki, mən yalnız soydaşlarımıza kömək etmirəm. Həmçinin İkinci Dünya müharibəsi, hüquq-mühafizə və əmək veteranlarına, o cümlədən uşaq evləri, qocalar evi, kimsəsizlərə daimi yardım edirəm.
Son zamanlar ermənilərin işğal etdikləri Dağlıq Qarabağla Rusiyanın ilhaq etdiyi Krım ilə Donbassda qan tökülməsi arasında kədərli paralellər get-gedə çoxalır. Ona görə də Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparan döyüşçülərə kömək etməyi, könüllülər vasitəsilə ön cəbhəyə yardım göndərməyi özümə borc bilirəm…
Mən əminəm ki, tezliklə haqq-ədalət zəfər çalacaq, sülh bərpa olunacaq və bunun nəticəsində Ukrayna və Azərbaycan öz tarixi torpaqlarını qaytaracaq”.
Onu da əlavə edək ki, Sərxoş İsmayılov humanitar və sosialyönümlü layihələri ilə ukraynalılarla azərbaycanlılar arasında dostluğu daha da möhkəmlədir. Ona görə də onun xeyirxah əməlləri bir çox mükafatlarla qiymətləndirilib. Onlardan Boqdan Xmelnitski III dərəcəli ordeni, "Ukraynanın Kozatskva Qəhrəmanı" qızıl ulduzunu qeyd etmək olar. Ona "Dnepr qəhrəmanının vətənpərvərliyi", "İlin peşəkarı", "Ən yaxşı ictimai təşkilat rəhbəri" və s. kimi fəxri adlar da verilib. O, "Mahmud Kaşqari" Beynəlxalq Fondunun xüsusi Komissiyasının qərarına əsasən Ukrayna və Azərbaycanın qardaş xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə "Mahmud Kaşqari-1000" medalı, "Cavad Xan" ordeni kimi fərqlənmə nişanlarının sahibidir.

шаблоны для dle 11.2
Tarix: 5-11-2020, 11:16


Share





TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

0
1
2
3
4
ƏN ÇOX OXUNANLAR
  • Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
  • Ermənilərdən inanılmaz fırıldaq:Qadın idmançı kişi çıxdı -FOTOLAR
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Azərbaycan snayperinin qurbanı olan erməni ƏSGƏRİ:ŞOK GÖRÜNTÜLƏR -Ekskülziv,VİDEO
  • SON DƏQİQƏ: Ordumuz düşmənə ağır zərbə vurdu:3 ölü, 5 yaralı -ERMƏNİSTAN İNKAR EDİR
  • Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"
  • “Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”
  • Paşinyan yenə HƏDƏLƏDİ: Azərbaycan sevinməsin, narahat olsun
  • Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? – pediatrdan xəbərdarlıq
  • Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq? - Ekspert CAVAB VERDİ
Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?