"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbələrini deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır" A- / A+

 

Bu gün Azərbaycan polisinin misilsiz xidmətlərinin şahidi oluruq.
Bu fikri saytımıza açıqlama sında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.Ramiz Alıyev deyib ki, polis əməkdaşları bir neçə vəzifənin icrasını peşəkarcasına və uğurla yerinə yetirməklə dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edirlər: "Bildiyiniz kimi, müharibə şəraitinə uyğun olaraq  hal-hazırda  ölkəmizdə  komendat rejimi tətbiq olunmaqdadır və komendat saatı mövcuddur. Cənab Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə üzrə komendat Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyin olunub. Dövlətimizin belə bir məsuliyyətli anında, Milli Ordumuzun və şəxsən cənab Prezident İlham Əliyevin sərkərdə olaraq tarix yazdığı bir dövrdə ölkə ərazisində mütləq şəkildə sabitlik hökm sürməlidir və düşmənlərimiz tərəfindən törədilə biləcək terror hadisələrinin qarşısı peşəkarcasına alınmalıdır. Bəli, bu gün Azərbaycan hüquq-mühafizə orqanlarının və xüsusən də polis əməkdaşlarının üzərinə çox böyük yük düşür. Bu, cəbhədə döyüşən əsgərləmizin orada tam əminliklə düşmənə qalib gəlməsinə səbəb olacaq qədər böyük yükdür. Xatırlayırsınızsa, 90-cı illərin əvəllərində torpaqlarımız işğal olunan zaman ölkədə necə anarxiya, özbaşınalıq ictimai asayişin qeyri-sabitliyi hökm sürürdü. Daxildə olan o cür özbaşınalıqlara görə cəbhədə əsgərlərimiz düşmənə lazımı cavabı verə bilmiridi. Ancaq bu gün cənab Ali Baş Komandanımızın uzaqgörən siyasəti ilə ölkənin təhlükəsizliyi, daxili sabitliyi təmin edə biləcək, terrorla kəskin mübarizə aparmağa qadir olan, peşəkar və etibarlı insanlara, ən əsası milli insanlara, vətənini, dövlətini sevən generallara həvalə olunub. Baxın, budur cənab Prezident İlham Əliyevin dahiliyi, budur onun liderlik qabliyyəti". Ramiz Alıyevin sözlərinə görə Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbələrini deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır: "Belə ki, həm ölkəmizdə ictimai asayişin qorunması, yollarda və ərazilərdə insanların maneəsiz, təhlükəsiz hərəkətinin təmin olunması, cinayətkarlıqla mübarizənin aparılması, insanların sağlamlığının qorunması üçün COVİD 19 pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzlərində, ictimai nəqliyyatda polis reydlərinin keçirilməsi, ölkə ərazisində terrorizmlə uğurlu mübarizə mexanizminin tətbiq edilməsi, komendat rejiminin idarə olunması və s. kimi fəaliyyətləri ilə Azərbaycan polisi bu gün cənab Prezidentin etimadını ən yüksək formada doğruldaraq bir tarix yazır! Bütün bunlarla yanaşı olaraq bu gün DİN-nin ayrılmaz struktur bölməsi olan Daxili Qoşunların bir qrup əsgər və zabit heyyəti Ali Baş Komandanın əmri ilə cəbhədə torpaqlarımızın düşməndən təmizlənmənməsi üçün həyata keçirilən əks - hücum əməliyyatında uğurla iştirak edirək düşmənə sarsıdıcı zərbələr vurur. Bütün bunları nəzərə alaraq hər bir vətəndaşımız həm pandemiya ilə mübarizəyə, həm də komendat saatının tətbiqinə anlayışla yanaşmalı, qoyulan qaydalara hörmət edərək dövlətimizin və aidiyyəti orqanların işini çətinləşdirməməlidir".
шаблоны для dle 11.2
Tarix: 27-10-2020, 13:51


Share





TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

0
1
2
3
4
ƏN ÇOX OXUNANLAR
  • Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
  • Ermənilərdən inanılmaz fırıldaq:Qadın idmançı kişi çıxdı -FOTOLAR
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Azərbaycan snayperinin qurbanı olan erməni ƏSGƏRİ:ŞOK GÖRÜNTÜLƏR -Ekskülziv,VİDEO
  • SON DƏQİQƏ: Ordumuz düşmənə ağır zərbə vurdu:3 ölü, 5 yaralı -ERMƏNİSTAN İNKAR EDİR
  • Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"
  • “Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”
  • Paşinyan yenə HƏDƏLƏDİ: Azərbaycan sevinməsin, narahat olsun
  • Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? – pediatrdan xəbərdarlıq
  • Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq? - Ekspert CAVAB VERDİ
Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?