Rusiyadaki soydaşlarımızın cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə etdikləri müraciətlərin ardı kəsilmir.
Rusiya Federasiyası Ural Federal dairəsinin Azərbaycan diasporundan da Ali Baş Komandana müraciət edilib.
Həmin müraciəti olduğu kimi dərc edirik:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə
Rusiya Federasiyası Ural Federal dairəsinin Azərbaycan diasporundan.
Hörmətli Cənab Prezident!
Rusiya Federasiyası Ural Federal Dairəsinin çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə hörmətimizi bildiririk Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına tam dəstəyimizi ifadə edirik, hansının ki, aktuallığı bu günlərdə Azərbaycan xalqı öz əcdadlarının – təxminən 30 ildir ki, Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin azadlığı üçün ədalətli mübarizə apararkən xüsusi əhəmiyyət kəsb edir.
Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyən, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəsarətlə mübarizə aparan igid Azərbaycan Ordusuna hərtərəfli dəstək verən bütün Azərbaycan xalqının ruh və güc birliyindən qürur və sevinc hiss edirik.
Şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təcavüzü nəticəsində zərər çəkənlərin və yaralıların tezliklə sağalmasını diləyərək, səmimi qəlbdən inanırıq ki, müdrik rəhbərliyiniz altında Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bu torpaqlardan zorla qovulan azərbaycanlılar öz evlərinə qayıdacaqlar.
Cənab Prezident!
Ölkə həyatının müxtəlif sahələrində Sizin həyata keçirdiyiniz ciddi dəyişikliklər sayəsində bu gün bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki dəstəyi lazımi səviyyədədir ki, bu da Ali Baş Komandan kimi qarşınıza qoyduğunuz bütün vəzifələrin uğurla yerinə yetirilməsindən əminliklə danışmağa imkan verir.
Bu faktı bildirərək, öz tərəfimizdən Azərbaycanın atəş altında olan cəbhə kəndləri və şəhərlərinin mülki əhalisinin, eləcə də silahlı qüvvələrin şəxsi heyəti ailələrinin
ehtiyacları üçün dərman, qida, zəruri ehtiyaclar şəklində lazımi humanitar yardım göstərməyə mütləq hazır olduğumuzu bildiririk.
Bu humanitar yardımın ünvan sahibinin təmaslarını təqdim etdikdə, biz böyük şərəf və məmnuniyyətlə yuxarıda göstərilən köməyi göstərməyə hazırıq və beləliklə, Azərbaycanın haqlı işinə və ədalətin bərqərar olmasına təvazökar töhfəmizi veririk.
Hörmətlə, “Azərbaycan-Ural”Sverdlovsk vilayəti İctimai milli-mədəni təşkilatın sədri Şahin Şıxlinski “

Tarix: 8-10-2020, 13:26
Digər xəbərlər
-
Azərbaycan qadınlarını Türkiyənin Konya şəhərinə apararaq insan alveri ilə məşğul olan Tovuz rayon sakini həbs olundu
-
Müharibədən sonra yaranmış yeni situasiyada milli kimlik
-
Əsgərə məktub: "Qarşınızda baş əyirəm"