“Mikayıl Müşfiqlə yanaşı, digər repressiya qurbanlarının qalıqları gətirilir” - Açıqlama A- / A+
 
Bir neçə m üddətdir ki, repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədi ilə axtarışlar aparılır.
Oxu.Az hazırki vəziyyətlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla əlaqə saxlayıb.

Direktor bildirib ki, sümük müayinələrinin gətirilməsi davam edir:
 “Bəli, hazırda işlər davam edir. Kriminalistlər müayinə edir, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Sümüklər çoxdur, ona görə də hələ tam dəqiq heç nə demək olmur”.
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru əlavə olaraq bildirib ki, işlər tək Mikayıl Müşfiq üçün yox, digər repressiya qurbanlarının da nümunələri gətirilir:
“Biz bütün bunların ekspertizasını aparırıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi.
шаблоны для dle 11.2
Tarix: 9-09-2020, 11:09


Share





TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

0
1
2
3
4
ƏN ÇOX OXUNANLAR
  • Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
  • Ermənilərdən inanılmaz fırıldaq:Qadın idmançı kişi çıxdı -FOTOLAR
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Azərbaycan snayperinin qurbanı olan erməni ƏSGƏRİ:ŞOK GÖRÜNTÜLƏR -Ekskülziv,VİDEO
  • SON DƏQİQƏ: Ordumuz düşmənə ağır zərbə vurdu:3 ölü, 5 yaralı -ERMƏNİSTAN İNKAR EDİR
  • Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"
  • “Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”
  • Paşinyan yenə HƏDƏLƏDİ: Azərbaycan sevinməsin, narahat olsun
  • Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? – pediatrdan xəbərdarlıq
  • Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq? - Ekspert CAVAB VERDİ
Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?