Koronavirus günəş şüaları altında sürətlə azalır. Lakin yayın gəlməsi ilə virusun yox olmasını düşünmək düzgün deyil.
News12.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST rəsmisi xatırladıb ki, xəstəlik isti ölkələrdə də yayılır: “Payız aylarında influenzə xəstəliyi də aktivləşir. Buna görə koronavirusun yenidən yayılması mümkündür. Bu il koronavirus xəstəliyi bitməyəcək. Bunu hər kəs bilməlidir”.
Tarix: 24-04-2020, 15:44
Digər xəbərlər