NÖQTƏLİ MÜƏMMALARIN ARXASINDA GİZLƏNƏN CAVANŞİR HƏSƏNLİ A- / A+

 
       
Özünü “araşdırmaçı jurnalist” adlandıraraq Azərbaycanın nüfuzlu şəxsiyyətlərinə,  işadamlarına çamurlar atmaq “reket jurnalistikası”nın xüsusi mərəzidir desək yanılmarıq. Onlar əvvəllər ayda-ildə bir dəfə dərc olunan qəzetlərdə öz hədəflərini ortaya qoyurdularsa, bu gün virtual KİV-lərin dinamikliyinə xələl gətirən mövzularla elektron mətbuatı nüfuzdan salmağa çalışırlar. Onlardan biri də Cavanşir Həsənli imzası ilə tanınan reket jurnalistdir. Cavanşir Həsənli ciddi yazıları ilə yadda qalmayıb. Çünki, o peşəkar jurnalist deyil. Bu sahəyə qazanc mənbəyi kimi baxan, iri çəkili məmurlar, işadamları haqqında mədhnamələr yazmaqla onlardan “ənam” uman kimi xatirələrdə qalıb. 


Vaxtilə “525-ci qəzet”də və “Üç nöqtə” qəzetlərində sıravi müxbir işləyən Cavanşir Həsənli artıq “reket jurnalistika”nın aparıcı simalarından biri idi. Cavanşir Həsənlinin başqa bir müəmması onun heç bir siyasi partiyanın üzvü və ya media quruluşunun rəhbəri olmadan Avropa dövlətlərinin birində mühacir statusu almasıdır. O, “araşdırmaçı jurnalist” sifəti ilə bir zamanlar “wikileaks” sosial şəbəkəsində yayınlanan qeyri-ciddi informasiyaları bu gün dövriyyəyə buraxmaqla guya “həqiqət”ləri üzə çıxarır. O da bəllidir ki, ölkəmizdə “reket jurnalistika”ya qarşı sərt tədbirlərin həyata keçirildiyi bir dönəmdə onlar öz simalarını gizlədir, ya da məqsədlərini həyata keçirmək üçün yeni üsullar icad edirlər. Son zamanlar Cavanşir Həsənlinin müəmmalı şəkildə və hansı xarici ölkədə belə, yaşadığı bəlli olmayan mənbədən öz cızmaqaraları ilə gündəmi zəbt etməyə çalışır. Saxta kompramatlarla Azərbaycan “wikileaks”ı kimi özünü gözə soxmağa çalışan Cavanşir Həsənlinin informasiyalarının yalnış olduğunun fərqinə varmayan çevrələr də mövcuddur. Onların əksəriyyəti virtual KİV-lərdə özlərinə yuva salmış və dəfələrlə “reket jurnalistika”nın üz qarası kimi qeyd olunan saytlar Cavanşir Həsənlinin uydurmalarını tirajlamaqla onun yolunu davam etdirirlər. Bütün bunlar azmış, Cavanşir Həsənlinin “araşdırma”ları Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan KİV-lərdə geniş şəkildə yayılır. İrəvandakı KİV-lərin önündə gedən “armradio.am” saytı Cavanşir Həsənlinin “araşdırmaları”na səxavətlə yer ayırır. Beləliklə düşmən tərəfi onun bu yazılarından çıxış edərək Azərbaycanın beynəlxalq miqyasda nüfuzuna xələl gətirən və imicinə çox ağır zərbələr vuran “hesabatlar”a salınması ilə nəticələnir. Ölkəmizdə “reket jurnalistikası”na qarşı aparılan mübarizə dedikdə bu faktorlar nəzərə alınır.

     Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Cavanşir Həsənlinin heç bir əsasa söylkənməyən “cızmaqaraları”nı həqiqət cildində təqdim edən və bu istiqamətdə genişmiqyaslı təbliğatlar aparan əsas tribuna “yeniçag.az” saytının olmasıdır. Bu saytın informasiya və təhlil strukturu psixoloji baxımdan bir zamanlar Türkiyədə at oynadan “Fətullah Gülən çete”sinin strategiyasına bənzəyir. “FETÖ” terroru kimi Türkiyədə bilinən və ölkənin ən nüfuzlu siyasət, elm, ordu generalları, işadamları və digərlərinə çamurlar atmaqla hətta onlar da həbs olunmuşdular. “Ergenekon”, “Balyoz” və digər böhtan əməliyyatları adı altında həmin şəxslərə hökmlər verilmişdi. Cavanşir Həsənli və “yenicag.az” saytının əməkdaşlığı da “FETÖ Terroru” siyasi uzantılarına bənzəyir. “Hörüçmək toru”nun məşəqqəti Cavanşir Həsənlinin yazdığı və ilkin mənbəyə çevrilmiş “yenicag.az” saytında getmiş yazılar az sonra, ölkənin digər “reket jurnalistikası”nı təmsil edən şəbəkələrdə yayılır. Buna ingilis dilində “WEB – Hörümçək Toru” deyilir. Beləliklə, dezinformasiya məkanı formalaşdırmaqla ölkədə çaşqınlıq yaratmaq, namuslu işadamlarına və məmurlara çamur atmaq strategiyası sərgilənir. Fətullah Gülən xaricdə yaşayır və necə çamurlar atmaq siyasətini əzbərdən bilir. Həm də onun Türkiyədəki çoxsaylı KİV-lərində həmin böhtanlar tirajlanaraq ictimai fikirdə böyük çaşqınlıqlar yaranırdı. Durumun belə bir həddə çatması həm də yerli iqtisadiyyata, biznesə, istehsal vasitələrinə və psixoloji baxımdan ictimai həyat düzəninə böyük zərbələrin vurulması demək idi. İndi həmin texnologiyanın Azərbaycana tətbiq edilməsi olduqca müdhişdir. İnformasiya savaşı aparan anti-Azərbaycan hədəflərinin gizli mənası bu hədəflərə köklənibdir. Unutmaq olmaz ki, Azərbaycan dövlətinin əleyhində olan qüvvələr tək siyasi və ictimai mənada deyil, həm də iqtisadi və maliyyə sektorunda təxribatlar aparırlar. Bunun üçün süni şəkildə qabardılmağa çalışılan “kompramat müharibəsi”ni misal göstərə bilərik.

     Erməni kəşfiyyatının “soyuq müharibə” taktikası

Kimsəyə sirr deyil ki, Azərbaycanın Cənubi Qafqazda və postsovet məkana daxil olan əksər dövlətlərdən fərqli olaraq, inkişaf yolu ölkəmizə qarşı işğalçılıq siyasətini yürüdən, hər bir uğurumuza kölgə salmağa çalışan Ermənistanın yürütdüyü siyasət və bunun gizlinləri zamanla üzə çıxır. Beynəlxalq təşkilatların arxasında məharətlə gizlənmək taktikasını yürüdən Ermənistan Cavanşir Həsənli kimilərini və ona dəstək verən KİV-lərin gündəmə gətirdikləri saxta kompramatları sənədləşdirərək hər il beynəlxalq təşkilatlara dosye şəklində təqdim edir. Beləliklə, Azərbaycanın nüfuzuna xələl gətirən anlayışların formalaşdırılmasına çalışılır. Guya Azərbaycan “korrupsiya”, “rüşvətxorluq” və “gizli iqtisadiyyat”ın hökm sürdüyü, “insan haqları”nın pozulduğu ölkədir. Azərbaycanın peşəkar jurnalistikasında “yalançı araşdırmaçı” kimi tanınan Cavanşir Həsənlinin cızmaqaralarına inanan yoxdur. Bu həqiqəti həm də beynəlxalq birliyə tanıtmağın zamanı çatmışdır. Ölkəmizdə “reket jurnalistikas”ının sadəcə daxili problemlərə deyil, həm də beynəlxalq miqyasda hansı fəsadlara yol açdığını cəmiyyətə tanıtmaq gərəkdir.

Sultan AZƏROĞLU
шаблоны для dle 11.2
Tarix: 19-02-2020, 18:50


Share





TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

0
1
2
3
4
ƏN ÇOX OXUNANLAR
  • Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
  • Ermənilərdən inanılmaz fırıldaq:Qadın idmançı kişi çıxdı -FOTOLAR
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Azərbaycan snayperinin qurbanı olan erməni ƏSGƏRİ:ŞOK GÖRÜNTÜLƏR -Ekskülziv,VİDEO
  • SON DƏQİQƏ: Ordumuz düşmənə ağır zərbə vurdu:3 ölü, 5 yaralı -ERMƏNİSTAN İNKAR EDİR
  • Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"
  • “Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu öz səmərəliliyini sübut edir”
  • Paşinyan yenə HƏDƏLƏDİ: Azərbaycan sevinməsin, narahat olsun
  • Məktəblilər hansı yaşdan mobil telefon gəzdirə bilər? – pediatrdan xəbərdarlıq
  • Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq? - Ekspert CAVAB VERDİ
Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?