“PAŞA Bank” ASC nizamnamə kapitalını 21 milyon 511min 800 manat və yaxud 6,5% artıraraq 333 milyon manatdan 354 milyon 511 min 800 manata çatdırmağı planlaşdırır.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı şəkildə yerləşdiriləcək və onları Bankın mövcud səhmdarları alacaqlar. Proses “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə baş tutacaq.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Hazırda Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.
“Report”

Tarix: 2-09-2020, 16:48
Digər xəbərlər
-
Qəhrəman Azərbaycan Ordusunun Müdafiə Savaşına girməsilə bağlı AAA bəyanat yayıb
-
“Milli Kimlik tədqiqatları qrupu” Bəyanat verdi
-
Qırğızıstan Azərbaycanlıları Prezident İlham Əliyevə müraciət etmişdir