Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.
Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.
“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb.
Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var.
Tarix: 9-09-2020, 11:12
Digər xəbərlər
-
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Cəlilabad rayon sakinini həbs etdi
-
“Prezident Azərbaycan xalqını bir yumruq kimi birləşdirib”
-
Bayraq Günü Milli Qəhrəman ailəsi ziyarət olunub
-
Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib