“Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm,
Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm”
“Uşaq vaxtı tətillərimi adətən rayonda, nənəmgildə keçirərdim. Tətil vaxtı ən sevdiyim və yadımda qalanı nənəmin təndirə çörək yapması idi. Elə ki, nənəm təndirdə çörək bişirməyə başlayırdı, mən də gedib otururdum yanında. Yaxşı yadımdadı, yenə nənəmin çörək bişirdiyi gün idi. Birdən həyətin qapısı astaca açıldı. Əlində çomağı, su qabı olan, başı çalmalı, uzun geyimli, saqqallı nurani bir kişi girdi içəri. Əyləşib bir hovur dincini aldı. Nənəm onu təzə çörəyə, yağ-pendirə qonaq elədi. O da bir qədər dincələndən sonra sanki minnətdarlıq edirmiş kimi qəribə mahnı oxudu, fırlana-fırlana rəqslər edirdi. Sonra gəldiyi kimi də çıxıb getdi”. Bunu jurnalist dostlardan biri danışır. Təxminən 40 il əvvəl olmuş bu hadisə indi ona yuxu kimi gəlir. Amma yuxu deyil. Həqiqətən də bir zamanlar belə görünüşlü, qapı-qapı gəzən insanlar vardı. Onlar dərvişlər idi.
Hə, dərvişlər. O dərvişlər ki indi biz onları nağıllarda, kinolarda xatırlayırıq. O dərvişlər ki özlərini islamın, Allahın təbliğinə həsr edib şəhərbəşəhər, kəndbəkənd gəzər, Tanrıya, peyğəmbərə, həsr olunan ilahi mahnılar oxuyardılar.
Dərvişlər evlənməz, ailə həyatı qurmazdılar. Buna dair əfsanələr, deyimlər də var. Bunlardan biri də Baba Dərviş əfsanəsidir. Baba Dərviş - Qazaxın Xanlıqlar kəndində, Ağstafa çayının sol sahilində təpəlik ərazidə yerləşir. Deyilənə görə, burda bir zamanlar Dərviş Baba (Baba Dərviş) və onun müridləri yaşayıblar. Rəvayətə görə, dərviş adətə görə evlənməzmiş. Gənc dərvişlərdən biri bu adəti pozub və kənd-kənd gəzərək görüb sevdiyi qızla evlənib. Sözü tanrı tərəfindən eşidilən Baba Dərvişin qarğışı ilə buralar yerlə yeksan olub. Ailəsi məhv olan gənc dərviş isə havalanıb oxuya-oxuya gəzərmiş.
Amma dərvişlər haqqında bizə məlum olmayan, günümüzə qədər gəlib çıxmayan çox həqiqətlər var. Orta əsrlərdən formalaşıb üzü bəri gələn bu dərviş zümrəsi niyə yoxa çıxıb? Niyə onlara heç ədəbiyyatda da rast gəlmirik? Bu zümrənin yox olmasına səbəb nədir?
“Dərviş sözünün filoloji etimologiyası bundan ibarətdir: fars dilində dər “qapı”, viş “oturan” deməkdir. Yəni qapıda oturan anlamına gəlir. Haqqın qapısında, Allahın qapısında oturub bir ömür səbirlə o qapının açılmasını gözləməyən insan. Digər tərəfdən, mənəvi, ruhani mənası isə sözdə olan hərflərin açımı ilə bağlıdır. Bu isə lüğəti məna deyil. Mövləvilər, qadirilər, rifahilər kimi təriqət üzvlərinin bədii-elmi təxəyyülünün nəticəsidir. Dərviş sözündə, əsilində, 6 hərf var. Amma “ə” hərifi qısa sait olduğu üçün ərəb əlifbasında yazılmır. Yerdə qalan 5 hərifin açması belədir: d - dünya, r-riya, v -varlıq, y (i) yalan, ş- şəhvət. Bu beş nəsnədən mümkün qədər uzaq dura bilən şəxsə dərviş deyilir. Bu proses isə tək başına olmur. Mütləq şəkildə bir ruhani ustadın rəhbərliyi altında baş verir. Dərvişlik həm də bir icmadır. İslamdan sonra yaranan yüzdən artıq sufi təriqətlərin hamısının üzvlərinə dərviş deyilib. Elə bu gün də deyilir”.
Bunu Lent.az -a Azərbaycan Milli Konservatoriyasının dosenti, fəlsəfə doktoru Fəxrəddin Salim deyir. Onun sözlərinə görə, əslində dərvişliyi çox zaman düzgün təqdim etmirlər.
“Dərvişliklə bağlı son dövrlərdə, danışmaq, yazmaq bir növ dəbə minib. Amma bir qədər kəskin səslənsə də, tam məsuliyyətim ilə qeyd edirəm ki, bu barədə Azərbaycanda nə ciddi yazı, nə də fikir müəllifi tanımıram. Bunun da obyektiv səbəbləri var. Dərvişlik xalq arasında deyildiyi kimi çox da anlaşılan, hər kəsin tanıdığı kimi miskin adam, qapı-qapı gəzib mərsiyə, qəsidə oxuyan zümrə deyil. Dərvişlik sırf elmi-nəzəri konsepsiyadır. Adına dərviş deyilən şəxs mütləq şəkildə bir ordenə, təriqətə bağlı olmalıdır. Bu gün Azərbaycanda hansısa bir pirə, mürşidə , ustada, məktəbə bağlı olmayıb, öz-özünə mən dərvişəm deyən şəxslər yanılır. Dərvişlik oxumaqla, informasiya əldə etməklə əmələ gələn bir şey deyil”.
Amma bizim kitablardan oxuyub tanıdığımız dərviş bu dərviş deyildi axı. Azərbaycan ədəbiyyatında dərviş obrazı nağıllarımızda və dastanlarımızda var. Məsələn, yaşlı kişi və qadının övladı olmur, dərviş də gəlib onlara alma verir, yaxud yuxusuna girir və onlara buta verir. Professor Rüstəm Kamal deyir ki, belə dərviş obrazları xalqımızın folklor tarixində bir obraz kimi qalıb:
“Tarixə ekskursiya edəndə, xüsusilə də orta əsrlər dövründən bəhs edən tarixi romanlarda dərviş obrazlarının zühur etməsi mümkündür. Ancaq tarixi və mistik romanlarda bu obrazlara rast gələ bilərik. İndi bu janrlarda əsərlər yazılmır, ona görə də dərviş obrazına ehtiyac duyulmur. Ədəbiyyatımızda Abdulla Bəy Divanbəyoğlunun “Can yanğısı”, Kamal Abdullanın “Sehrbazlar dərəsi” kimi romanlarda dərviş obrazı canlandırılıb. Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərində də dərviş obrazına geniş yer verilib. Bu çox məşhur əsərdir və buradakı dərvişi tanımayan yoxdur. Burada canlandırılan “dərviş” , dərvişin parodiyasıdır. Yəni əsərdəki dərviş sadəcə gülüş doğurur. O vaxtlar dərviş adlarının çoxu “M” hərifi ilə başlamalı və “şah” titulu olmalı idi. Dərviş Məstəli şah da belə bir obrazdır”.
İndi isə gəlirik dərviş obrazının ədəbiyyatımızda azalmasına, hətta deyərdim ki, yox olmasına. Professor Rüstəm Kamal Azərbaycan ədəbiyyatında dərviş mövzusunun azalmasının bir neçə səbəbi olduğunu bildirdi:
“Birincisi, sovet ideologiyası ilə bağlı məsələdir. Çünki dərvişlik təriqət ideyaları ilə, dini düşüncə ilə bağlı bir obraz, personajdır. Bizim də ədəbiyyatımızın, nəsrimizin təşəkkül dövrü sovet dönəminə düşüb. Dərviş obrazının da ədəbiyyatımızda bərqərar olması, nəsrimizə zühur etməsi bir qədər çətin idi. İkincisi, keçən əsrdə Azərbaycan şairlərinin çoxu dərvişlik obrazı ilə, dərvişlərin həyatı ilə , onların yaşayış tərzi və davranışları ilə yaxından , dərindən tanış deyildilər. Yəni ədəbiyyata gətirilməsi üçün yetərincə məlumatlı deyildilər. Üçüncüsü, görünür həmin obraz bir qədər başqa cəmiyyətin, sovet cəmiyyətinin tələb etdiyi, umduğu obrazların içində yox idi. Dördüncüsü, dərviş obrazının paradiqması artıq tədricən dəyişmişdi. Yəni bizdə XX əsrin əvvəllərində həyatdan küsmüş, insanlardan qaçan, cəmiyyətdən təcrid olunmuş, məcnunvari həyat tərzi keçirən obraz kimi göstərilirdi”.
Dərvişlər özləri də müxtəlif qruplara bölünür. Müxtəlif dərviş qardaşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl, qəsidə, mərsiyələrin oxunma tərzi fərqli idi.
Məsələn, rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər. Orta əsrlərdə mənəvi və ruhani həyata yönələn müsəlmanlar arasında iki qüvvətli təmayül meydana çıxıb. Bu dərviş tiplərindən birinin mərkəzi İraq, digərinin mərkəzi İranın Xorasan şəhəri olub. Cəmiyyətdə fərqli bir zümrə kimi görünən bu dərviş qardaşlıqları dindarlığın mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını iddia etməklə özlərinə məxsus ədəb-ərkan qaydaları nümayiş etdiriblər. Onlar özlərini camaatdan fərqli göstərən davranışlara malik idilər. Həm İraq sufilərinin, həm də Xorasan məlamilərinin dərvişliyi hər dövrdə varlığını davam etdirib və tədricən xaricə - Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi Hindistan, Anadolu bölgələrinə yayılıb.
Fəxrəddin Salim deyir ki, çox təəssüf ki, Azərbaycanda bu gün dərviş sektorları mövcud deyil:
“Müəyyən işartıları qalıb. Borçalı zonasında, Qazax mahalının İncə dərəsində. Bunlar nəqşibəndi dərvişlərindən ayrılan nigarı dərvişləridir. Bəzən zikrlər, dualar edirlər. Məclislər keçirirlər. Bir az Bakının Əmircan kəndində Türkiyədən bura köçüb gələn rifai dərvişləri var. Onlar Türkiyədən insan olaraq yox, fikir olaraq köçüb gəliblər. Onun da kökü yoxdur, yəni bu kənddə olmayıblar. Bir də Zəngilanın qaçqın düşmüş Sobu kəndi var. Sobu kəndində əhli-həqqlər yaşayırdılar. Bu gün onlar Bakıda cəm qururlar. Onlara həqiqət dərvişləri deyirlər. Amma bu gün onlar icma şəklində mövcud deyillər”.
Müxtəlif adlar altında toplanan dərviş zümrələri bəzi fərqliliklər göstərsələr də, onların təməl qanunları eyni olub. Təməl qanunlarına görə, onlar nəfsin arzularına hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı bacarmalı idilər. Dərvişlərin çətinliklərə söykənməsi, muradına çatması üçün səbirli və dözümlü olması şərt idi.
Hamını maraqlandıran o sual: Dərvişlər bu gün hara yoxa çıxıblar? Fəxrəddin Salimi dərviş zümrəsinin bir nümayəndəsi hesab edə bilərik?
“Mən ilk olaraq Təbrizdə, daha sonra İstanbulda bu məktəbə yiyələnmişəm. Özüm musiqiçi və ədəbiyyatçı olduğuma görə, şeirlə musiqinin vəhdətini bütün şərqdə axtarmışam. Adına sufi, dərviş dediyiniz sektorlara, ordenlərə rast gəlmişəm. Fəaliyyətim də bu gün elmi və praktiki istiqamətdə davam edir. Elmi istiqamətdə mənim həm namizədlik, həm də doktorluq dissertasiyam var. Namizədlik işim dərviş ədəbiyyatı, doktorluq işim isə dərviş musiqisi ilə bağlıdır. Mənim kitablarımın hamısında da bunun bədii, ədəbi, incəsənət və tarixi tərəfi əks olunub. Praktiki baxımdan isə özüm fərd olaraq zikrlərim, dualarım, sazla-sözlə ifalarım var”.
O ki qaldı sualın ilk hissəsinə, Fəxrəddin bəy belə izah edir:
“Bunun da səbəbi 250 ilə yaxın mövcud olmuş Çar Rusiyasının işğalıdı. Daha sonra isə sovetlər rejimi ümumiyyətlə dini-islamiyyatı, ruhaniyyəti və onun içində də bütün sufi-dərviş ideologiyasını silib atması”.
Hə, beləcə. Dahi Nəsimi necə demişdi?
- Sufi ətləsi gözətmə, ey Nəsimi, dərviş ol,
Çün fələk dərvişə əskik eyləməz bir köhnə şal.lent.az

Tarix: 2-09-2020, 10:14
Digər xəbərlər
-
Tanınmış özbək şairə Xasiyyət Rüstəmin Qarabağa dair kitabının təqdimatı olub
-
Eldar Mirzəliyev: "Çox xoşbəxtdik ki, möhtəşəm qələbəyə şahidlik edik"
-
Qarabağın torpağı Kiprə aparılıb…
-
Prezident İlham Əliyevin Bakıda heykəlinin ucaldılması təklif edilib