DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib A- / A+
 
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən İnstagramda müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artıb: “Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.
Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”
шаблоны для dle 11.2
Tarix: 28-01-2020, 12:10







TAM XƏBƏR
Facebook
Foto

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?