M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Ankarada keçirilən “Bizim Yunus İli”nin açılış mərasimində iştirak edib A- / A+
Bildiyimiz kimi, Türkiyədə 2021-ci il böyük şair və mütəfəkkir, türk dili və mədəniyyətinin görkəmli nümayəndəsi Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə Yunus Əmrənin xatirəsinin anılması (“Bizim Yunus”) və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub.Bununla əlaqədar Fevralın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində “Bizim Yunus İli”nin açılış mərasimi keçirilib.  Mərasimdə Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən dəvət olunan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak edib. O bildirib ki, mərasimdə çıxış edən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Türkiyənin tarix və mədəniyyət baxımından çox əhəmiyyətli ildönümlərinin olduğuna diqqət çəkib: “Bu il İstiqlal Marşının qəbulunun 100-cü ili, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ili, Yunus Əmrənin vəfatının 700-cü ilidir. Bizim üçün belə vacib bir il olan 2021-ci ili mənasına uyğun şəkildə qeyd etmək istədik. Bu məqsədlə də 2021-ci ili “İstiqlal Marşı”, “Yunus Əmrə” və “Hacı Bektaşi Vəli” ili elan etdik”. Türk dilinin milli kimlik, əsrlər boyu mədəniyyətimizin daşıyıcısı olduğunu bildirən Ərdoğan “unutmayaq ki, Vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”, deyə vurğulayıb. Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yeri tutduğunu diqqətə çatdıran Türkiyə Prezidenti deyib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcədən istifadə olunur: “Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarla insanı eyni qəlbdə birləşdirən türkcədir. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün alimlərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir”.Türkiyə Prezidenti öz çıxışında  UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycanın verdiyi dəstəyə görə ölkəmizə  təşəkkürünü də  ifadə edib. Həmçinin 1991-ci ilin UNESCO tərəfindən “Yunus Əmrə və sevgi ili” elan edilməsindən sonra bu il də UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunmasında Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Özbəkistanın UNESCO-dakı təmsilçilərinin xidmətlərinin olduğunu diqqətə çatdırıb.шаблоны для dle 11.2
Tarix: 23-02-2021, 13:50







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?