Dövlətimiz vətəndaşların sosial rifahını daim ön planda saxlayır A- / A+
Yola saldığımız 2020-ci il tarixdə pandemiya ilə yadda qaldı. Məhz pandemiya səbəbindən dünya iqtisadiyyatında da fərqli proseslər cərəyan etməyə başladı. Məsələn, ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, təbii ki, ilk olaraq benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.  Maraq üçün qeyd edim ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib. Bu da il ərzində 14% artım deməkdir.Müqayisəli təhlillər aparsaq görərik ki, qardaş Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr -  yəni 32%-lik artım var. Bundan başqa Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi. Həmçinin, Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada isə yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artdı.Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da  özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur.  Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.Konkret olaraq Tarif Şurasının məlum qərarına gəldikdə isə tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bir mühüm məqamı da nəzərə alaq ki, son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. Statistikaya diqqət yetirsək, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb.Bir maraqlı detalı da müqayisəli şəklində nəzərdən keçirmək yerinə düşərdi. Bu da hazırda  bəzi ölkələrdə benzin və dizelin  qiyməti ilə bağlıdır. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1, Ukraynada 1,72, Belarusda 1,14, Gürcüstanda 1,12, manat edir. 1 litr üçün dizel yanacağına ödənilən məbləğlər isə belədir- Türkiyədə 1,44, Rusiyada 1,12, Ukraynada 1,72, Belarusda 1,21, Ermənistanda 1,19, Gürcüstanda 1,15, manat.. Bununla bərabər ümumilikdə qeyd edim ki, Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir. Bir maraqlı məqamı da deyim ki, məhz Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur. Bununla belə tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Bundan başqa bir maraqlı məqamı da qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəldib.
 
Dövlət hər zaman sosial siyasətini və əhalinin gəlirlərinin artmasına hesablayıb 
Yuxarıda da qeyd etdiyim kimi dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Ümumilikdə prosesləri analiz etdikdə belə qənaətə gəlirsən ki, benzin və dizelin qiymətinin artırılmasının bir sıra real səbəbləri meydana çıxmışdı. Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması əsas  zərurətlərindən biti həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılmasıdır. Digər səbəblər isə ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsidir. 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Təbii ki, tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Bir maraqlı və vacib məqam da dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.
  • Bəzən sual yaranır ki, bu kiçik qiymət artımı ümumilikdə bir sıra sahələrdə qiymət dəyişkənliyinə səbəb olacaqmı? Cavab kimi deyim ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan bu, istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir.
  • Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi də stimullaşdıracaq.
  • Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.
  • Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər. Qısası, tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.
Burada bir maraqlı məqam da var ki, bu da sərnişindaşıma ilə məşğul olanlara aid məsələdir. Onların da maraqları nəzərə alınıb və dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Məlum olduğu kimi kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu isə əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
  • Həmçinin dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Heç şübhəsiz ki, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacağı gözlənilir.
Göründüyü kimi cüzi qiymət artımının insanların büdcəsinə heç bir formada mənfi təsir etməməsi üçün əvvəlcədən xüsusi planlar da nəzərdə tutulub. Ümumiyyətlə bir məqamı qeyd edim ki, əhalinin sosial durumu hər zaman dövlətimiz üçün prioritet olub. Təkcə bir məqamı xatırladım ki, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib və pandemiya dövründə də əhaliyə, biznesə dəstək paketləri reallaşdırılıb.
Xatırladım ki, Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən,  2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırıldı, dövlət sektorunda əməkhaqları isə 20%-100% həcmində yüksəldildi. Bundan başqa ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib.
2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.
2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib.
Bu mövzudan söz açmışkən pandemiya dövründəki sosial paketlərin üzərində də xüsusi olaraq dayanmaq istərdimMəlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.
Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi isə 3 dəfə artırılaraq 600 min şəxsi əhatə etdi, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib ki, bu da il ərzində ödəmə üçün 450 milyon manatın sərf olunması demək idi. Bu tədbirlər sırasında 100 min ailəyə ərzaq payının verilməsini də qeyd etmək yerinə düşərdi. Həmçinin özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib- 12 min ailə, maliyyə yükü isə 70 mln. manat. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilərək əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib ki, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edir. Əlillik müddəti başa çatan şəxslər də unudulmayıb onların ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat)
Həmçinin 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərildi. Və son olaraq qeyd edim ki, əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).
O ki qaldı poskonflikt dövründə sosial paketlərə, bu dövrdə də geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur. Xatırladım ki, 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.
Qısası dövlət bütün situasiyalarda hər zaman vətəndaşların mənafeyini öndə tutub, onların sosial rifah halının yüksəldilməsi üçün lazımi tədbirlər görüb. Bundan sonra da oxşar addımların atılacağı, vətəndaşların yaşam səviyyələrinin daha da yüksəlməsi üçün addımların atılacağı şübhə doğurmur.
Xəzər rayon Gənclər İdman İdarəsinin Bas məsləhətçisi Dilşad Nuriyeva
шаблоны для dle 11.2
Tarix: 6-01-2021, 23:28







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?