İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qadınları Dubaya satmağa aparan insan alverçisini həbs etdi
A- / A+
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qadınları Dubaya satmağa aparan Bakı şəhər sakinini həbs edib.
KANAL 5-in əldə etdiyi məlumata görə Bakı şəhər sakini Əhmədzadə Xatirə Tahir qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaqın baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Əhmədzadə Xatirə Tahir qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Tarix: 16-12-2020, 18:32

Digər xəbərlər
Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə Kazanda "Xatirə günü" keçirilib
Stavropol vilayyətindəki soydaşlarımız Xocalı şəhidlərini anıblar
Şücaətilə əbədiyaşar veteran
Tolyattidə Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş olunub
Tolyattidə Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş olunub
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Xocalı soyqırımı ilə bağlı Polşada silsilə tədbirlər keçirilib