Koronavirus xəstəliyindən əziyyət çəkən müəllim dəstək istəyib A- / A+
Abşeron rayonundakı Xırdalan şəhər 7 nömrəli məktəbin direktor muavini Aydın Balakişiyev koronovirus xəstəliyindən əziyyət çəkir. Aydın Balaşikişev özünün "Facebook" səhifəsində kömək istəyib: "Bəhram Bağırzadə qədər məşhur olmadığım 100% aydındır.Amma Bəhram bəydən daha müqəddəs bir peşə ilə məşğul olduğum da 100% aydındır.Ulu Öndər deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu Öndərin dediyi o yüksək adı 24 ildir şərəflə daşıyanlardanam.P.S. Burdakı dostlarımdan,xüsusən jurnalist dostlarımdan xahiş edirəm ki,paylaşım edin ki, gündən-günə geri gedən vəziyyətimə, belə sadə gedişimə laqeyd qalmasınlar.Axı yüzlərlə şagirdimin və iki azyaşlı qızımın mənə ehtiyacı var..."
Aydın Balakişiyevin böyük qardaşı Teymur Atabəy bildirib ki, dörd gündür qardaşı koronadan Semaşkoda yatır: "11 ildən sonra Allah qardaşıma iki qız övladı , Sevgi və Ömürü verib.
Vəziyyəti yaxşı deyil. Həkimlərin səhlənkar munasibətindən şikayət edir.
Baxmayaraq ki, iki dostum Adil Aliyev və Razi Nurullayev zəng edib həkimlərə onu  nəzarətdə saxlamaqı tapşırıblar. Bununla belə yenədə bu gecə həkimlərin səhlənkar munasibətinə görə az qalıbmış Aydın müəllim həyatla vidalaşa.
 Xaiş edirəm qardaşımın saqlamlığına və qızlarına qovuşmasına dostlar dua edin".
Xatırladaq ki, Aydın Balakişiyev iki ali məktəb bitirib; Texniki Universtetini və Bakı dövlət Universtetini. Əlavə olaraq magistr və doktorantura təhsili alıb. Riyaziyyat müəllimidir. Dörd kitab müəllifidir. Abşeron rayonundakı Xırdalan şəhər 7 nömrəli məktəbin direktor muavinidir.шаблоны для dle 11.2
Tarix: 10-12-2020, 19:47







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?