QHT-lərin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və davamlı inkişafı müzakirə edildi A- / A+



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən həyata keçirilən beynəlxalq layihə çərçivəsində növbəti tədbir - “Qoşulmama Hərəkatı ölkələri QHT-nin əməkdaşlıq şəbəkəsi: davamlı inkişaf” adlı görüş-müzakirə keçirilmişdir.Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatına (QH) üzv 10 ölkənin 40 QHT rəhbərinin iştirak etdiyi onlayn beynəlxalq tədbiri giriş sözü ilə açan ADTGT İdarə heyətinin üzvü Hüseyn Əsgərli görüş-müzakirənin keçirilmə məqsədini bir daha qeyd edərək, layihəyə verdiyi dəstəyə Şuraya təşəkkürünü bildirdi və şəbəkə yaradılmasına maraqlarına görə xarici tərəfdaşlara minnətdarlıq etdi.

Sonra ADTGT sədri Asif Əsgərli çıxış edərək, konkret istiqamətlər üzrə QH çərçivəsində şəbəkənin qurulması və davamlı inkişafına yönəlik təklifləri bir daha səsləndirdi. Azərbaycanın təşəbbüsü olaraq, platformanın 60 illiyində - 2021-ci ildə quruma sədrlik edən ölkə kimi Bakıda QH ölkələri QHT-lərinin I Forumunun keçirilməsi və QH QHT-ı Platformasının təsis olunması və davamlı fəaliyyətini qeyd etdi və tədbir iştirakçılarını bu məsələlərə münasibət bildirməsini istədi.  

Sonra İordaniya, Belarus, Bosniya və Hersoqovina, Özbəkistan, Ukrayna, Serbiya, Sudan, Türkiyə və Kamerundan olan QHT rəhbərləri çıxış edərək, QH çərçivəsində QHT şəbəkəsinin qurulmasını, davamlı inkişafını alqışladıqlarını bildirdilər, qarşılıqlı təcrübə-informasiya mübadiləsinin və çoxtərəfli layihə və proqramların həyata keçirilməsinin aktuallığını qeyd etdilər.

Tədbirin sonunda QH çərçivəsində QHT-lərin şəbəkənin qurulması, requlyar fəaliyyəti sahəsində ADTGT-nin təklifləri razılaşdırıldı və 2021-ci il üçün əməkdaşlıq sahələri məqbul hesab edildi.шаблоны для dle 11.2
Tarix: 3-12-2020, 09:31







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?