“Ekoturizmin internetdə təbliği yolları” adlı kitabça çap edilib A- / A+

“Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsi yekunlaşdı

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Ekoturizmin internetdə təbliği yolları” adlı kitabça 300 nüsxədə çap edilib.
Kitabçada xarici və yerli ekspertlərin Azərbaycan ekoturizminin internet müstəvisində təbliği ilə bağlı təklifləri yer alıb. Kitabçanın xarici ölkələrdə təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizmə aid dövlət və özəl qurumlar arasında paylanması nəzərdə tutulur.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir.
“Ekoturizmin internetdə təbliği yolları” adlı kitabçanın çapı ilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsi uğurla yekunlaşıb.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində “Yenimedia.info” saytı təkmilləşdirilib, eksklüziv olaraq ekspertlərlə sırf ekoturizmin inkişafı ilə bağlı müsahibələr, eləcə də şərh yazıları hazırlanıb və “Yenimedia.info” saytında, eləcə də digər saytlarda işıqlandırılıb. Yerli və xarici ekspertlərin fikir və təkliflərini də əks etdirən 60 bu cür yazı hazırlanaraq mediada işıqlandırılıb. Bundan əlavə, təşkilat ekoturizmə aid yeni müsahibələrin də hazırlanaraq işıqlandırılmasını təşkil edəcək ki, ekoturizmin təbliği və inkişafı yönündə innovativ ideyaların ərsəyə gəlməsinə töhfələr artsın.шаблоны для dle 11.2
Tarix: 13-11-2020, 09:53







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?