Ruhiyyə Məmmədova: “Qələbəyə görə minnətdarlıq hissini bərəkətlə bölüşürük” A- / A+
13 noyabr - Ümumdünya Xeyirxahlıq Günüdür. İnsanlara minnətdarlıq, şəfqət və xeyirxahlıq hissi ilə yanaşmaq xalqımıza xas olan başlıca xüsusiyyətlərdən biridir. 
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi bu əlamətdar günü xeyriyyə tədbiri ilə qarşılayır. Birlik rəhbərliyinin təşəbbüsü ilə paytaxtın bir sıra satış məntəqələrində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin və Vətən müharibəsində qələbəyə imza atmış igid əsgərlərimizin maddi ehtiyacı olan ailələrinə pulsuz çörək paylanması ilə bağlı “Əsgər ailələrinə dəstək olaq” adlı aksiya keçirilir. 
İctimai Birliyin sədri Ruhiyyə Məmmədova təşkilatın xeyirxah təşəbbüsü barədə belə deyir: “İstər atası və ya qardaşı, istərsə də oğlu və ya ömür-gün yoldaşı qanı və canı bahasına Vətən torpağını  işğaldan azad edən hər bir ailəyə, onun ahıl yaşlı üzvlərinə diqqət və qayğı ilə yanaşmaqla igidlərimizi doğmalarından arxayın, ailə üzvlərini isə tənhalıq hissindən uzaq salmağa çalışırıq. Birliyin “Bərəkətli əllər” layihəsində iştirak edən ağbirçək xanımların bişirdikləri çörəkləri pulsuz əldə edən hər bir ailəyə Vətənə layiqli övlad yetişdirdiyinə görə hər birimiz borcluyuq.
Xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin ruhu qarşısında baş əyir, igid əsgərlərimizin ailələri ilə sevinc və minnətdarlıq hissimizi əlimizdə bərəkətlə - çörəklə bölüşürük. Çörək bol olarsa, basılmaz Vətən...”
шаблоны для dle 11.2
Tarix: 12-11-2020, 23:49







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?