Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib A- / A+

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsi çərçivəsində eksklüziv olaraq ekspertlərlə sırf ekoturizmin inkişafı ilə bağlı müsahibələr, eləcə də şərh yazıları hazırlamaqda və “Yenimedia.info” saytında, eləcə də digər saytlarda işıqlandırmaqdadır. Sentyabr ayından əlavə, artıq oktyabr ayında və noyabrın ilk həftəsində də yerli və xarici ekspertlərin fikir və təkliflərini də əks etdirən daha 30 bu cür yazı hazırlanaraq mediada işıqlandırılıb. Bununla da ümumilikdə layihə çərçivəsində hazırlanıb işıqlandırılan bu cür yazıların sayı 60-a çatıb. Bundan əlavə, təşkilat ekoturizmə aid yeni müsahibələrin də hazırlanaraq işıqlandırılmasını təşkil edcək ki, ekoturizmin təbliği və inkişafı yönündə innovativ ideyaların ərsəyə gəlməsinə töhfələr artsın.    Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Yuxarıda qeyd edilən yazılardan başqa, layihə çərçivəsində “Yenimedia.info” saytı ekspertlərlə müsahibələr, şərh yazıları və xəbərlərin yerləşdirilməsi üçün təkmilləşdirilib, dizaynı, domen və hostinqi yenilənib. Bundan əlavə,  ekoturizmin təbliğinə aid ən optimal hesab olunan ekspert təkliflərindən ibarət 300 nüsxəlik rəngli kitabçanın çapı, müvafiq dövlət qurumlarına, ekspertlərə, QHT-lərə, xaricdə yaşayan diaspor nümayəndələrinə paylanması nəzərdə tutulur.шаблоны для dle 11.2
Tarix: 12-11-2020, 12:26







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?