Azərbaycan əczaçılarından Prezidentə dəstək A- / A+
30 ilə yaxındır ki, Erməni Silahlı Qüvvələri tərəfindən işğal olunan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin doğru siyasi iradəsi, hərbi strategiyası və Milli Ordumuzun şücaəti hesabına hər gün  azad olunur.  Qələbəyə yaxın olduğumuz bu ərəfədə hər gün torpaqlarımızın yağı düşmən tapdağından azad olunması xəbərləri bütün Azərbaycan xalqını sevindirir.Bu səbəblə Azərbaycan Əczaçıları və Medical Media Tibb Kanalı bütün əczaçılıq infrastrukturunda fəaliyyət göstərən kolleqalarla birgə “Qarabağ Azərbaycandır!” şüarı altında birləşərək video bəyanat hazırlayıb.Video Bəyanatda bildirilir:
Ali Baş Komandan, Prezident İlham Əliyevin erməni işğalına qarşı göstərdiyi qətiyyətli siyasətini Azərbaycan Əczaçılıq infrastrukturunda çalışan əczaçılar, İctimai Birliklər, şirkətlər, distributorlar, müəllim və tələbələr olaraq inamla dəstəklədiyimizi bəyan edirik.
 Rəşadətli ordumuza maddi və mənəvi dəstəyimizi bəyan edirik.
 Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra da əczaçılıq infrastrukturunun təşkilində fəal iştirak edəcəyimizi bəyan edirik.
Xatırladaq ki, ölkəmizdə Əczaçılıq infrastrukturunda fəaliyyət göstərən qurumlar aşağıdakı bəyanata qoşulduğunu təsdiqləyib:
Azərbayan Tibb Universitetinin əczaçı alimlər və tələbələr
Əczaçı İctimai Birliklər
Ən böyük əczaçılıq topdan satış şirkətləri: Zeytun, Avromed, Azərmed və s.
Əczaçı marketinq və distributor şirkətləri: Saffarma, Paşa K, Alfamed, Referans və s.
Apteklər şəkəbəkəsi: Avis, İnam, Şəfa, Medical City və s.
https://www.youtube.com/embed/7xGLC3XjCWcшаблоны для dle 11.2
Tarix: 28-10-2020, 20:40







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?