“Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək” layihəsi icra olunur A- / A+
Ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası bu ilin əvvəlindən başlayaraq  bütün dünyanı təlatümə salaraq qorxu altında saxlamaqda davam edir.  Bu xəstəlik əleyhinə vaksin tapılmadığından ən qüdrətli dövlətlər belə ciddi sınaq qarşısında qalıb. Hər bir dövlət kimi Azərbaycan da bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərir və qorxulu virusa qarşı geniş miqyasda tədbirlər həyata keçirir. Bu tədbirlərdən Vətəndaş cəmiyyətinin üzvləri də kənarda qalmayıb, koronavirusa qarşı mübarizədə əhalini maarifləndirib, koronavirusdan zərər çəkmişlərə yardım ediblər.Pandemiya zamanı  Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xəstəliklə mübarizə ilə bağlı xüsusi tədbirlər planı hazırlamış,  maliyyə yardımı ayırmış, bir çox layihələrin həyata keçməsini təmin etmişdir. Belə layihələrdən biri də ”Hüquqşünas Qadınlar Assosiasiyası”  İctimai Birliyinin həyata keçirdiyi  “Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək” adlı layihədir. Təşkilatın  sədri Xanım Əhmədzadə bildirmişdir ki, layihə xüsusi qayğıya və diqqətə ehtiyacı olan vətəndaşlara ərzaq kuponu paylanması, koronavirusdan qorunmaq məqsədi ilə maarifləndirici məlumatların yayılmasından ibarətdir. Bu kimi layihələr bir daha təsdiq edir ki, ölkə vətəndaşı qarşılaşdığı hər bir çətinliyin, problemin həllində  dövlətimizin qayğısını üzərində hiss edir. Minlərlə insanın həyatına son qoymuş bu xəstəliyin tezliklə, ən yaxın zamanda olkəmizdən, planetimizdən birdəfəlik yox olması  üçün koronavirusla mübarizə qaydalarına əməl etməli, bunu həyat tərzimizə çevirməliyik. Bu kimi əhaliyə dəstək tədbirləri ölkə vətəndaşlarında  xəstəliklə mübarizəyə  inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaradır.  Ölkəmiz pandemiya ilə mübarizədə ən düzgün strateji yolla gedir və dövlət hər zaman öz vətəndaşlarının yanındadır.шаблоны для dle 11.2
Tarix: 27-10-2020, 12:46







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?