QHT sosial şəbəkələrlə bağlı sorğunun nəticələrini açıqladı A- / A+
 17 Oktyabr 2020  Aktor Az“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası uğurla davam edir.

Təşkilatdan verilən məlumata görə, sosial şəbəkələrlə bağlı İcra Planında nəzərdə tutulmuş sorğu yekunlaşıb.Prosesdə Bakı, Sumqayıt, Gəcncə və digər şəhərlərin 400-dən çox sakini iştirak edib.Bunlardan 218 nəfər kişi, qalanları isə zərif cinsin nümayəndələri olub. Sorğu 4 yaş qrupu (18-33;  34-49);  50-65); 66 dan yuxarı) üzrə həyata keçirilib.Sorğuda daha çox natamam ali (165 nəfər)  və ali təhsilli (135 nəfər) vəndaşlarımız iştirak edib.Öz mövqeyini əsasən dövlət sektorunda çalışanlar (146 nəfər) və tələbələr (150 nəfər) bildiriblər.

“Sosial şəbəkələrdən istifadə edirsinizmi?” sualına cavabında 398 nəfər “hə”, 2 şəxs isə məsələ ilə bağlı ümümi fikirlər açıqlayıb.Diqqət çəkən məqamlardan biri də vətəndaşlarımızın  sosial şəbəkələrdən istifadə məqsədinə münasibəti olub. Dostlarla ünsiyyət ( 248 nəfər), siyasi xəbərləri oxumaq (217 nəfər) və əyləncə xəbərlərinə baxmaq (133 nəfər) bəndləri qoyulan 12 sual arasında ilk sıralarda yer alıb.

Sorğuda iştirak etmiş vətəndaşlardan 386 nəfəri sosial şəbəkələrdə rəy və paylaşımlara görə onlara qarşı hər hansı təzyiq və ya təhqirin olmadığını vurğulayıb. Başqa bənddə  – “Sosial şəbəkələrdə sosial problemlərin işıqlandırılması onların həllinə necə təsir edir?, – sualına cavabında 263 nəfər buna əsasən müsbət, 35 respondent isə mənfi, yaxud təsir etmir kimi fikirlər bildiriblər.

Vətəndaşlar sosial şəbəkələrdə hansı dəyişikliklərin olması məsələsinə olduqca maraqlı yanaşıblar. Etik normaların (dezinformasiyanın verilməməsi, nalayiq ifadələrin işlədilməməsi) gözlənilməsinə 236 nəfər, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsinə 216 nəfər, saxta profillərə qarşı mübarizənin aparılmasına  215 nəfər, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi bəndinə isə  179 nəfər səs verib. Qeyd edək ki, bu bənddə vətəndaşların bir deyil, müxtəlif seçim imkanı tanınıb.

Respondentlər sorğu anketində yer almış,“Müəyyən hallarda dövlət (məsələn, milli təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı olanda)  bəzi sosial şəbəkə hesablarını  ictimai asayişi qorumaq üçün bağlamalıdır” bəndinə də çox müsbət baxıblar və 263 nəfər bu addıma “hə” deyib. Vətəndaşlar daha çox xəbər saytlarına inam  (209 nəfər), sosial şəbəkələrə isə etimadslıq (262 nəfər) göstəriblər.

Keçirilmiş sorğunun nəticələrindən belə anlaşılır ki, sakinlər sosial şəbəkələrə daha çox mobil telefonla (329 nəfər) daxil olurlar. Sosial şəbəkələrdə daha çox hansı mövzulara diqqət yetirilməlidir bəndində isə əksəriyyət Dağlıq Qarabağ münaqişəsi (266 nəfər) ətrafında proseslərin gündəmdə saxlanılmasını vacib sayıblar.

İctimai müzakirələrdə olduğu kimi, təşkilat layihənin sorğular hissəsində də pandemiya (COVID-19) dövrünə reaksiyalara önəm verib. “Yeni virusla bağlı sosial şəbəkələrdə yayılan məlumatları necə səciyyələndirərdiniz?”, sualına cavablar belə olub: təhlükəlidir deyən – 228 nəfər, vahimə yaradıb vurğulayanlar – 133 nəfər, 107 nəfər isə həmin məlumatların mənbəyinin bilinmədiyini dilə gətiriblər. 288 respondent həmçinin COVID-19 qarşı sosial şəbəkələrdə aparılan maariflənmə işlərini yüksək qiymətləndirib.

Qeyd edək ki, soruğuların nəticələri həmçinin layihə çərçivəsində bəlli tirajla çap olunacaq kitabçada da yer alacaq.

Xatırladaq ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirilir.
шаблоны для dle 11.2
Tarix: 18-10-2020, 08:37







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?