“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır” A- / A+


Tarixçi, fotoqraf, səyahətçi, təbiətsevər İradə Qədirova: “Sosial mediada izləyici sayı çox olan, lakin Azərbaycan haqda heç bir məlumata malik olmayan bloqqerlərimizin ekoturizmin təbliğatına səfərbər edilmələrinin tam əleyhinəyəm”

 “İşğal olunmuş ərazilərimizdəki ekoməkanlarla bağlı mükəmməl sayt və bloqlar yaradılmalı, İnstagram və Twitter üzərindən onlarla bağlı təbliğat aparılmalıdır”

 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir. Bu sıradan növbəti yazını  – tarixçi, fotoqraf, səyahətçi, təbiətsevər İradə Qədirova ilə müsahibəni təqdim edirik.

– Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialı var. Onların ayrılıqda yerli və xarici turistlərə sosial və internet mediada təbliği ilə bağlı hansı təklifləriniz ola bilər?

  • İlk növbədə, həmin yerlər özlüyündə daha ətraflı öyrənilməlidir. Çünki bir bölgənin tək bir məkanında ilişib qalmaq durumu kimi bir tendensiya var hazırda. Bu işdə ən əsas məqam isə yerlilərin özlərini işə cəlb etməkdir. Çünki bir bölgəni onun öz insanından daha yaxşı tanıyan olmayacaq. Onların köməyini işə səfərbər etmək lazımdır. Bu, həm də daha ucqar yerlərin həm daxili, həm xarici qonaqlara “açıq” olmalarına şərait yaradacaq. Çünki çoxu heç vaxt turist görməyib ki, bunu şəxsən öz təcrübəmdə hiss etmişəm.
  • Bu barədə innovativ üsullardan yararlanmaq üçün hansı layihələr həyata keçirilə bilər?
  • Hazırda blogerlərin müasir tanıtım məsələsində (istənilən sfera) sözü daha güclü olduğundan blogerlərin ölkəyə info-turu daha münasib görünür. Lakin bu halda daha səviyyəli, tanıtımla məşğul olanlar təsnifatından olanlar önə çəkilməlidir. Məsələn, Azərbaycanın özünün belə tanıdılması üçün sosial mediada izləyici sayı çox olan, lakin Azərbaycan haqda heç bir məlumata malik olmayan blogerlərimizin ölkənin, eləcə də ekoturizmin təbliğatına səfərbər edilmələrinin tam əleyhinəyəm.
  • İşğal olunmuş ərazilərimizdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinin yeni media vasitəsilə məlumatlandırılmasında hansı işlər görülməlidir? 
  • İlk növbədə, o ərazilər və ekoməkanlar öyrənilməli, daha sonra mükəmməl dil bilikli, savadlı saytlar və bloqlar yaradılmalıdır. Virtual müharibə və tanıtım dönəmində yaşadığımızdan bu sferaya yetərincə diqqət ayrılmalıdır. Sayt və bloglarla yanaşı, tanıtım instagram və twitter üzərindən də aparılmalıdır. Məlumat, səyahət , foto məsələlərində instagram çox lazımlı platformalardandır.
  • İşğaldan azad olunan ərazilərimizin ekoturistik imkanlarından istifadə olunması və onların dünyada tanıtımı üçün nələr edilə bilər?
  • Əldə olan bütün resurslar bu istiqamətə yönəldilməlidir. Ərazilərin tarixi və mədəni abidələri incələnməli, daha sonra turizmin cəlb olunması üçün gərəkli olan hər şey gözdən keçirilmədir – Bakıdan o ərazilərə getmək məsələsindən tutmuş, qalmaq durumuna kimi. Lakin ilk növbədə, özümüz səfərbər olmalıyıq. Məlum bu 30 ildə Vətənimizi bərbad hala saldılar. İlk növbədə birləşib o əraziləri dirçəltməliyik, yeni nəfəs verməliyik. Daha sonra artıq tanıtım işi ilə məşğul ola bilərik.
шаблоны для dle 11.2
Tarix: 9-10-2020, 17:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?