“Ekoturizmin təbliği üçün KİV-də, sosial şəbəkələrdə daimi maarifləndirmə işi aparılmalıdır” A- / A+


  • Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir. Bu sıradan növbəti yazını – vətəndaş cəmiyyəti nümayəndəsi və QHT sədri, sosial şəbəkə fəalı Asim Vəliyev ilə müsahibəni təqdim edirik.
  • Azərbaycanın ekoturizm potensialını necə dəyərləndirirsiniz?
  •  Ölkəmizdə günbəgün inkişaf edən sahələrdən biri də turizm sahəsidir. Pandemiyaya qədər bu sahədə gedən inkişafı görməmək mümkün deyil. Ölkəyə turizm axınını təşviq edən və tanıdan ən mühüm faktorlardan biri də beynəlxalq idman yarışlarına ev sahibliyi etməsidir. Ölkəmizə maraq artdıqca, turizm növləri də inkişaf edir. Bunlardan biri də özünəməxsusluğu ilə seçilən ekoturizmdir. Ekoturizm istirahətə gələn xarici qonaqlar həm yerli əhali ilə təmas qurur, onların evində kirayə qalır, mətbəxlərindən yararlanır. Beləliklə də zəngin Azərbaycan mədəniyyətini yaxından tanıyır, həmçinin təbliğatçısına belə çevrilmiş olur.
  • Azərbaycanın ekoturizm potensialı sosial və internet mediada, ümumiyyətlə, digital müstəvidə lazımınca təbliğ və təqdim edilirmi?
  • Hər birimizə yaxşı məlumdur ki, bu günün ən əsas təbliğat məkanlarından biri də internet məkanı, xüsusilə də sosial şəbəkələrdir. Lakin təəssüf hissi ilə deyərəm ki, bu istiqamətdə fəaliyyət nəzərəçarpacaq dərəcədə azdır.
  • Bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün hansı təklifləriniz ola bilər?
  • Ekoturizmin inkişaf etdirilməsi üçün KİV-lərdə, sosial şəbəkələrdə daimi olaraq maarifləndirmə işi aparılmalıdır. Bunun üçün tanınmış simaların iştirakı ilə infotur təşkil oluna bilər və onların böyük izləyici kütləsi olan sosial şəbəkə hesablarından paylaşımlar edilə bilər. O sahədə çalışan işçilərin peşəkarlığını artırmaq lazımdır. Həmçinin qiymətlər əlçatan və xidmət də yaxşı olmalıdır.
  • Ölkədə turizm, o cümlədən ekoturizm standartlarının tətbiqi barədə nələri bildirmək olar?  
  • Bu gün ümumiyyətlə, Azərbaycan turizmində xidmət və qiymət məsələsi, bir də turizm marşrutlarının dəqiqləşdirilməsi, bununla bağlı onlayn xəritələrin tərtibi məsələlərinə də yetərincə ciddi diqqət yetirmək lazımdır. Bütün bunların həllini tapması üçün ciddi işlər görülməli, post-pandemiya dövrü üçün turizmin bütün növlərinin, o cümlədən ekoturizmin standartlarının daha da yaxşılaşdırılması həyata keçirilməlidir. Bundan sonra isə ekoturizmin sosial və internet mediada təbliğini daha sisstematik və məzmunlu şəkildə aparmaq olar, bu təbliğat daha yaxşı və gerçək ekoturizm imkanlarına əsaslanmaqla daha inandırıcı və cəlbedici olacaq.
шаблоны для dle 11.2
Tarix: 11-09-2020, 01:40







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?