Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – VİDEO A- / A+
 “Kristal Abşeron” şirkətinin Nizami rayonu ərazisində apardığı tikinti işləri sakinlərin etirazına səbəb olub.

Şirkət Kamil Balakişiyev küçəsi, 42 ünvanında yaşayan sakinlərin yolunu bağlamağa çalışır. Buna səbəb isə şirkətin həmin binanın yanında tikdiyi çoxmərrtəbəli bina olub.

Bu gün sakinlər şirkətin yolu bağlamasına etiraz olaraq aksiya keçiriblər. Onlar şikrətin sakinlərə əziyyət verdiyini, onların hüquqlarını pozduğunu bildiriblər: “Camaatın evinə gedən yola  məhdudiyyət qoyublar, hazırda heç kim evinə gedə bilmir. Hadisə Nizami rayonunda, düz metronun yanında baş verir. Bina köhnədir və bunların səhlənkarlığı ucbatından binamız əsir.

Hamı bu dəqiq burada dayanıb. Onlar yolu səbəbsiz bağlayıblar. Qanuna görə binalar arasında 12 metr məsafə olmalıdır. Amma bunlara niyə qadağan olunmur, bilmirik.

25-ci polis bölməsinə müraciət etmişik, amma heç bir tədbir görmürlər. Əksinə qarşı tərəfi müdafi edir, onlara köməklik göstərirlər. Biz insanları hələ bir hədələyirlər də...

Bizə onların hansı işi gördükləri maraqlı deyil, sadəcə yolumuzu kəsməsinlər, insanlar evlərinə gedə bilmirlər. Binada 50 nəfərdən çox sakin var. Bizim hüquqlarımız tapdalanır. Sabah mənim özüm xəstələnsəm, yaxud uşağıma bir şey olsa, buraya təcili yardım maşını gəlib girə bilməyəcək. Yanğın hadisəsi baş versə, yanğınsöndürən gələ bilməyəcək. Bizim yaşadığımız bina dövlət binasıdır, 28 nömrəli MİS-ə baxır”.

Qeyd edək ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur.Yenisabah
шаблоны для dle 11.2
Tarix: 8-09-2020, 13:47







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?