Region QHT-lərinin fəaliyyətinin cəmiyyət həyatına təsiri A- / A+
Hər hansı dövlətin və cəmiyyətin demokratik inkişafında qeyri-hökumət təşkilatlarının da əvəzedilməz rolu var. Vətəndaş cəmiyyətinin də qurulması da elə məhz QHT-lərin iştirakı ilə həyata keçirilir. QHT-lər cəmiyyətlə birbaşa təmasda olan qurumlardır. Ona görə də QHT-lər hər hansı cəmiyyət həyatındakı problemləri daha tez görürlər. Və bu problemləri qabardıb aidiyyəti qurumların diqqətinə çatdırırlar. Eyni zamanda hər hansı sahədə problemlərin həlli üçün layihələr həyata keçirirlər.Artıq Azərcanda da bu baxımdan QHT- lər öz missiyasını yerinə yetirirlər. Bu kimi fəaliyyətlər təkcə paytaxtda deyil, regionlarda da aktiv şəkildə davam edir. Region QHT-lərinin də fəaliyyəti cəmiyyət həyatına öz təsirini göstərir.Region QHT-lərinin aktivliyi hansı səviyyədədir?

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Məleykə Əlizadə bizimlə söhbətində region QHT-lərinin fəaliyyətinin əhalidə müsbət təsir yaratmasından danışdı: "Müraciətlərin olması, insanlara hüquqi yardımların edilməsi, onların aidiyyəti orqanlara yönləndirilmələri QHT-lərin nüfuzundan xəbər verir. Ərzaq yardımları zamanı da bunu izlədik. Hal-hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Surası tərədindən ayrılan maliyyəni sosial yardım üçün yönləndirmişik. Həmçinin maarifləndirmə işlərinin aparılması da plandadır".
Məleykə Əlizadə region QHT-lərinin fəaliyyətinin aktivliyi haqqında da fikir bildirdi: "Region QHT-ləri pandemiya dövründə qənaətbəxş fəaliyyət gostərə bilmədi. Səbəb isə maliyyənin olmamasıdır. Biz 50 ailəyə öz imkanlarımızla ərzaq yardımı etdik, gigiyenik vasitələr payladıq. Bununla yanaşı, onlayn konfranslara qosulduq".

"Cəmiyyətin maarifləndirilməsi prosesində QHT-lərin rolu böyükdür"

Zərdabda fəaliyyət göstərən “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov isə dedi ki, cəmiyyətin maarifləndirilməsi prosesində QHT-lərin rolu böyükdür: "Onlar cəmiyyətin maarifləndirici qüvvələridir. Bildiyimiz kimi, region gəncləri arasında xüsusi maarifləndirməyə ehtiyac var. Bu istiqamətdə region QHT-lərinin rolu böyükdür. Region QHT-ləri cəmiyyətimizin həm gəncləri, həm də orta-yaşlı kütləsinin xeyrinə fəaliyyət göstərirlər. Gələcəyimiz olan gənclərin azərbaycançılıq ideologiyasında aktiv iştirakında əməyi olan QHT-lər onların bu aktivliyi üçün geniş istiqamətli layihələr həyata keçirir. Ölkə rəhbərliyinin qayğısını onlarda hiss etdirirlər, yəni bir növ ölkə rəhbərliyi ilə gənclər arasında əlçatan vasitəçi rolu oynayırlar. Bu vəzifə biz QHT-ləri qürurlandırır. İstər "Gəncliyə Dəstək" İB olaraq və əminliklə deyə bilərəm ki, digər region QHT-ləri də ölkəmizin hər növ inkişafında rolu olan savadlı gənclərimizin yetişdirilməsində böyük həvəslə və əzmlə çalışırlar".
Eldar Xəlilov bildirdi ki, gncliyimizin aktiv fəaliyyətində rolu olan QHT-lər, xususilə də region QHT-ləri onların inkişafı üçün müxtəlif növ layihələr həyata keçirir: "Bu layihələr vətənpərvərlik, ictimai aktivlik, sosial fəaliyyət, biznesyönümlü, idman yarışlarına marağın artırılması, erkən nikah, radikal dini cərəyanlar, narkomaniya kimi pis vərdişlərdən uzaqlaşdırmağa çalışan və s. müsbət istiqamətlərə yönəlib cəmiyyətimizin maarifləndirmə prosesində böyük əmək qüvvəsi sərf edir.
Bildiyimiz kimi, ölkədə olan pandemiya dövründə cəmiyyətimizin daha duyarlı və diqqətli olması vacib idi. Və bu vaciblik cəmiyyətimizə gənclərimiz tərəfindən çatdırıldı".
O dedi ki, ölkədə baş verən pandemiya dövründə gənclər öz regionlarına qayıtdı və yenə də region QHT-ləri baş verənləri çatdırmaqda, gənclərimizə bu duyarlılığı və diqqəti, səbri çatdırmaq üçün online və offline şəkildə əlindən gələni etdi və etməyə də davam edir: "İstər sosial şəbəkələrdə, online görüş platformalarında və həmçinin qorxmadan, cəmiyyət daxilində  fəaliyyət göstərərək, maska, spirt və s. tibbi vasitələri çatdıraraq, onların verilən qərarlarda ölkə rəhbərliyinə dəstək olaraq, bu virusun yayılmasının qarşısını almaq üçün qaydalara əməl edərək daha çox kömək edə biləcəklərini çatdırdı. Bizim xalqımız əməksevər, kömək etməyi sevən xalqdır, əzm bizdədir. Biz bu bəlanı da dəf edəcəyik, və çox sevinirəm ki, region QHT-lərinin bu maarifləndirmədə böyük əməyi və səyi olub. Və elə bu günlərdə region QHT-lərinin cəmiyyətimizin maarifləndirici qüvvəsi olduğunun bir daha şahidi olduq".
Şübhəsiz, bu gün regional QHT-ləri problemlərlə üzləşirlər. Onların tanıdılması, potensialını üzə çıxarması  üçün işlər gücləndirilməlidir. Öz növbəsində region QHT-lər yerli icra və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində davamlı işləməlidirlər. Bu, həm region, həm də QHT-lər üçün faydalı olar. Ümumiyyətlə, region QHT-ləri təşəbbüskarlıqlarını artırmalıdırlar.


Əkbər Hüseynzadə

P.S. Yazı "Cəmiyyətin və vətəndаş münаsibətlərin inкişаfı" İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Regionlarda QHT qanunvericiliyinin təşviqi" layihəsi çərçivəsində dərc olunub.
 шаблоны для dle 11.2
Tarix: 11-08-2020, 20:03







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?