“Biz birlikdə güclüyük” layihəsinin icrasına başlanılıb A- / A+
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyələşdirdiyi Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi  tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinin icrasına 1 avqust 2020-ci il tarixindən  start vermişdir.
Layihənin icrasında məqsəd, Azərbaycan dövlətiminin və hökumətinin  COVID-19 virus pandemiyası zamanı ölkədə, əhalinin sağlıq durumunun mühafizəsi üçün aparılan mübarizə tədbirləri çərçivəsində maddi durumunun və sosial vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin dəstəklənməsidir. Layihənin qarşıya qoyduğu əsas vəzifə isi Quba şəhərində COVID-19 virus pandemiyası zamanı maddi vəziyyəti çətin duruma düşən, yardıma ehtiyacı olan imkansız insanlara o cümlədən həssas qruplardan hesab edilən qadınlara ərzaq yardımının edilməsidir. Layihə fəaliyyəti üçün seçilmiş Quba rayonu  Azərbaycanın qədim bölgələrindəndir. Bu bölgəninn əhalisi müxtəlif tərkiblidir. Bu rayonlarda  azəri türkləri ilə yanaşı  müxtəlif etnik qruplar da yaşayır. Yardımlar, ehtiyacı olan və Quba şəhərində yaşayan və pandemiya zamanı iş yerini itirən, maddi durumu çətin olan ailələrə, tənha yaşayan insanlara, işsiz evdar qadınlara, əliliyi olan insanlara paylanacaqdır.
Neçə müddətdir ki, bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla mücadilə edir. Pandemiyanın fəsadları inkişaf etmiş dövlətləri belə, dəhşətli vəziyyətə salmışdır. Bütün dövlətlər, bəziləri çox, bəziləri az, bu fəlakətdən ziyan çəkmişlər, təəssüflər olsun ki, vəziyyətin gərginliyi hələ də davam etməkdədir.
Nə yazıq ki, bu təhlükəli infeksiya Azərbaycanımızdan da yan keçmədi. Azərbaycan dövləti bu ağır vəziyyətdə öz xalqının qayğısını çəkir. Sevindirici hal odur ki, qəbul edilən düzgün qərarlarla yerinə yetirilən bütün tapşırıqlar əsasında görülən çevik, çoxşaxəli təcili tədbirlər, koronarivus bəlasının Azərbaycanda geniş yayılmasının qarşısını almaqdadır. Bütün dünyada pandemiya ilə bağlı vəziyyətin hər gün gərginləşməsinə rəğmən, xəstəliyin Azərbaycanda geniş yayılmaması üçün həyata keçirilən, Dünya səhiyyə təşkilatının rəhbərinin də etiraf etdiyi kimi, nümunəyə çevriləm mübarizə metodları və qabaqlayıcı mükəmməl tədbirlər  vəziyyətin normallaşmasına çox yüksək səviyyədə öz töhfəsini verməkdədir.
Bir vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər zaman dövlətimizin xalqımızın rifahı və sağlığı üçün həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirik. Bu sahədə hər zaman xalqımızın və dövlətimizin yanındayıq.шаблоны для dle 11.2
Tarix: 4-08-2020, 19:00







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?