Korrupsiya risklərinin aradan qaldırılması ilə bağlı layihəyə start verilib A- / A+
“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin “Family Health International” (FHI 360) (USAİD) təşkilatı ilə 10.07.2020-ci ildə tarixdə bağlanmış müqaviləyə uyğun olaraq “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” layihəsi çərçivəsində tədbirlərə start verilmişdir. “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” adlı təşəbbüs “Empowering Civil Society Organizations for Transparency” (ESCOFT) lahiyəsi çərçivəsində  olan fəaliyyətdir.Təşəbbüsün məqsədi Ədliyyə Nazirliyinin vətəndaşlara, biznesə  xidmətlərin təqdim edilməsində zəifliklər və tərəqqini dəyərləndirmək, bütün maraqlı tərəfləri müstəqil ekspert qiymətləndirilməsiylə təmin etmək, şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılmasına nail olmaqdır. Layihə  çərçivəsində ƏN-nin qeydiyyatla bağlı (Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi, nigahların, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, doğumun qeydə alınması və s. ) xidmətlərin (o cümlədən elektron xidmtələrin) göstətilməsi,  Nazirliyə elektron müraciətlərin edilməsi və Penitesiar Xidmətdə vəziyyət, məhkumların saxlanılması, onların yaxınları ilə görüşlər  və s. bu kimi  istiqamətlərdə ictimai nəzarətin həyata keçirlməsi, real vəziyyətin öyrənilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulub.
  Layihənin sonunda hesabat hazırlanacaq müvafiq strukturlara və ictimaiyyətə təqdim olunacaq.шаблоны для dle 11.2
Tarix: 4-08-2020, 14:11







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?