Demokratik cəmiyyətin inkişafında QHT-lərin rolu A- / A+
Demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin qurulmasıdır. Bu, eyni zamanda, demokratik idarəçilikdə vətəndaşların birləşməsi deməkdir. Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. İnsanları birləşdirən könüllü fəaliyyət sistemi isə əsasən vətəndaş cəmiyyəti institutları, eləcə də qeyri-hökumət təşkilatlarıdır. Demokratik cəmiyyətin inkişafında QHT-lər aparıcı rol oynayır. Hətta bunlar bir çox hallarda cəmiyyəti düzgün yola istiqamətləndirirlər. Bu işin ilk baxışda çətinliyi təmənnasız, könüllü fəaliyyət olmasıdır. Amma məsuliyyəti və özəlliyi ondan ibarətdir ki, sən cəmiyyətin işinə yaxşı mənada müdaxilə edirsən.Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi. Hazırda ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 4000-dən artıq QHT var. Bu təşkilatlar ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması və digər sahələr üzrə maarifləndirmə işləri, sosial sferada mühüm layihələr həyata keçirir. Görülən işlərə nəzər salarkən bir daha təsdiqlənir ki, QHT-lər ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, vətəndaş cəmiyyətinin inkişafı naminə dəyərli töhfələr veriblər. 1992-ci ildə "İctimai birliklər haqqında”, 2000-ci ildə "İctimai birliklər və fondlar haqqında” qanunların qəbulu bütün dünyada qəbul olunmuş QHT anlayışını Azərbaycana gətirməklə yanaşı, bu sahəyə diqqəti xeyli artırdı. Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqlarını müdafiə etməli olan Milli QHT Forumu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculuğunda fəal iştirak etməli idi.
Qısa zamanda humanitar və sosial sahədə fəaliyyət göstərən çoxsaylı cəmiyyətlər, peşə birlikləri, ekoloji və hüquq-müdafiə təşkilatları yaradılaraq qeydiyyata alındı. Onlar ilk növbədə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində demokratik və hüquqi dövlətin formalaşmasına, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, insan hüquqlarının qorunmasına, sosial-iqtisadi, qaçqın və məcburi köçkün problemlərinin həllinə yardım etməyə çalışırlar.
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin fərmanı ilə "Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqlənib. Bu Konsepsiyaya uyğun olaraq dövlət başçısının sərəncamı ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı inkişafı yalnız milli şüurda yeniliklərin qəbulundan keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və milli şüurun vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir: “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi islahatların genişlənməsi heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin hərtərəfli inkişafı üçün bərabər imkanların yaradılmasıdır”.
Göründüyü kimi, Azərbaycanda QHT sektorunun formalaşması, hüquqi dövlət quruculuğu müstəqilliyin bərpa edilməsindən ötən 30 il ərzində davamlı olaraq həyata keçirilib. Bu gün böyük sevinclə deyə bilərik ki, kifayət qədər təşkilatlanmış QHT-lər Azərbaycan dövlətinin demokratik inkişafı, cəmiyyətin maariflənməsi və s. istiqamətlərdə öz töhfələrini verirlər. Və bu proses təkcə paytaxtda deyil, regionlarda da davam edir. Artıq region QHT-ləri də öz aktivlikləri ilə diqqət çəkirlər.

Əkbər Hüseynzadə

P.S. Yazı "Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı" İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Regionlarda QHT qanunvericiliyinin təşviqi" layihəsi çərçivəsində dərc olunub.
шаблоны для dle 11.2
Tarix: 24-07-2020, 10:28







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?