“Könüllülük” könül işidir A- / A+
 
“Könüllülük” könül işidir onlar rayon ərazisində yaşayan tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  görülən işlərə fəal töhfə verirlər. “Böyüklərimizi qoruyaq!” devizi altında könüllülər yüzlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. 

Bu işə yüzlərlə könüllü cəlb olunaraq həssas kateqoriyadan olan  ailələrə dəstək göstərilməsində iştirak etmişlər.Onlar rayonda fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən milyonlarla insan vardır. Onlar könüllülərdir. Doğrudan da qarşılıqsız , təmənnasız işləmək yalnız könül işi ola bilər.Yevlax rayonunda da könüllülər canla, başla öz öhdələrinə düşən işi yerinə yetiririlər.Mən bu hərəkatın bir parçası olmaqdan qürur duyuram.    
         
Fuad Adgözəlov,    
Yevlax könüllüsü
шаблоны для dle 11.2
Tarix: 18-05-2020, 19:51







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?