“Aşıq Şəmşir” Mədəniyyət Ocağı xeyriyyə aksiyalarını davam etdirir A- / A+
Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə xeyriyyə aksiyalarını davam etdirir.Pandemiyanın elan olunuğu ilk günlərdən ölkə rəhbərliyinin çağırışına qoşulan təşkilat bu həftə də İctimai Birliyin sədri Qənbər Qurbanovun təşəbbüsü ilə Bakıda, eyni zamanda Gəncə şəhəri və ətraf rayonlarda yaşayan yaşı 65-dən yuxarı, tənha insanlar, aztəminatlı və digər imtiyazlı ailələrlə görüş keçirib. İctimai Birliyin üzvləri onlara ərzaq bağlamalarını çatdırıb, eyni zamanda zəruri maarifləndirici məlumatlar verib.Möhtərəm prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını özünün kredosu seçən edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi növbəti həftələrdə də xeyriyyə aksiylarını davam etdiricək.
шаблоны для dle 11.2
Tarix: 18-05-2020, 18:04







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?