Ünvanlı sosial yardım alanların sayı 40 min nəfər artıb A- / A+
 

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  bildirilib ki, son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9500 ailə artaraq 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.


Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.


Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. 2020-ci ilin əvvəli ilə müqayisədə bu məbləğ 10 faizədək artaraq 222 manatı ötüb.

шаблоны для dle 11.2
Tarix: 11-04-2020, 18:18



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Geoloji parklarda ovçuluq qadağan edildi

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?