İctimai Birliyin nümayəndələri SIĞINACAQ EVİNDƏ A- / A+
"Dövran Media" saytının verdiyi xəbərə görə "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyinin nümayəndələri qarşıdan gələn Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi Günü münasibətilə, Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşmış kimsəsiz uşaqlar üçün əyləncəli proqram təşkil ediblər.Şaxta baba, Qar qız və şən kloun üçlüyü birgə hazırladıqları maraqlı proqramlarla uşaqları əyləndiriblər. Bir saat davam edən əyləncəli tədbirdə uşaqlar arasında bilik yarışması keçirilib. İstedadlı uşaqlar şeirlər səsləndirib, mahnılar oxuyublar. Qaliblər və eləcə də digər fidanlar "Akademikkitab" evinin onlar üçün təşkil etdiyi müxətlif növ nağıl jurnalları, uşaqların intellektual zəkasını inkişaf etdirmək üçün kitab və broşürlər təqdim ediblər. Balacalar üçün hazırlanmış tort süfrəsi onlara bayram sevinci yaşadıb.
Sığıanacaq evi və İB-in heyəti birlikdə xatirə şəkilləri çəkdiriblər. Sonda isə İB-nin sədri Səbuhi Zaman sığınacaq evinin uşaqlarını Yeni İl münsibətilə bir daha təbrik etmiş, onlarla davamlı görüşlərin təşkil ediləcəyini bildirib. Eyni zamanda tədbirdə əməyi olan Həcər Əkbərovaya, Taleh Vahelova, sığınacaq evinin rəhbəri Kəmalə Ağazadəyə və İctimai Birliyin təşkilati işlərində xüsusi fəallıq gösətərən Sevinc Həsənovaya dərin minnətdarlıq edib.шаблоны для dle 11.2
Tarix: 25-12-2019, 12:44







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?