"Pirotexniki vasitələrin istifadəsi ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var" A- / A+
Yeni il bayramının yaxınlaşması tezalışan maddələrə və pirotexniki vasitələrə qarşı mübarizə tədbirlərinin artırılmasını yenidən gündəmə gətirib. Təbii ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq bölmələri tərəfindən hər il ölkəyə qanunsuz yollarla pirotexniki vasitələrin keçirilməsi cəhdinin qarşısı alınır.Partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı, onun yaratdığı "atəş” səsləri insanların rahatlığını pozur. Halbuki, uşaqların "partladan” adlandırdığı pirotexniki vasitələrin ölkəyə gətirilməsi çoxdandır ki, qadağan olunub. Buna rəğmən, hələ də bəzi satış yerlərində bu cür vasitələri tapmaq mümkündür.Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, pirotexniki vasitələrin istifadəsi ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var:
“Hər il ölkədə yeni il qabağı şəhərin müxtəlif yerlərində, bazarlarda, insanların çox istifadə etdiyi alış-veriş yerlərində pirotexniki məmulatların, partlayıcı vasitələrin və fişənglərin satışına rast gəlinir. Bu cür partlayıcı vasitələrə insanların, əsasən də azyaşlı uşaqların maraq göstərməsi, onları alaraq həyətdə, küçədə, parklarda istifadə etməsi təhlükəlidir. Yüksək səs-küylə müşahidə olunan, qığılcım saçan, partlayarkən ətrafda kəskin qoxuya səbəb olan bu vasitələr insanların psixologiyasına mənfi təsir edir, onların normal istirahətinə maneə yaradır. Pirotexniki vasitələr həmçinin qocalara, xəstələrə, xüsusən də körpələrin narahatlığına və ictimai asayişin pozulmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, bu cür partlayıcı vasitələr ölkəyə qeyri-qanuni yollarla gətirildiyindən onların hansı təhlükəsizlik standartlarına cavab verməklə hazırlandığı bilinmir:
“Buna görə də onlardan istifadə etmək həm insanın sağlamlığına, həm kənardakı əmlaka, həm də ətraf mühitə ziyandır. Qacaqmalçılıqla gətirilən bu partlayıcı vasitələr təbii ki, istehsalçı zavod-fabrikdən alınmır. Kiçik sexlərdə qeyri-leqal çalışan müəssələrdən alınmaqla ölkəyə qeyri-qanuni yollarla gətirilir. Ona görə bu partlayıcı vasitələrin tərkibində olan kimyəvi məmulatların, partlayıcı elementlərin və barıtın standartlara uyğun olmaması ehtimalı var. Bu da onu istifadə edərkən gözlənilməz bədbəxt hadisələrə, insanın əl-üzünün yanmasına, travmaya və ayrılan tüstüdən zəhərlənməyə səbəb olur. Bəzən yaşayış evlərinin yaxınlığında fişəngi atırlar. Bu zaman atılan maddə məhəllənin içərisinə, qonşunun yaxud binada yaşayan sakinin məhəccərinə düşür. Orada paltar-palazın olması yanğına səbəb ola bilər. Yolda park edilən maşınların arasında nasaz vəziyyətdə olanı varsa, bədbəxt hadisənin yaşanması mümkündür. Yaxud partlayıcı maddəni külək aparır, bu da yanğına, partlayışa səbəb ola bilər. Ona görə bu cür partlayıcı vasitələrin insanların çox olduqları, xüsusən körpələrin olduqları yerlərdə istifadə edilməsi yolverilməzdir. Bəzən olur ki, valideyn özü alıb gətirir verir uşağa . Nəzərə almaq lazımdır ki, uşaqlar həm özlərinin, həm də ətrafda olan digərlərinin həyatları üçün təhlükə yaradırlar. Qabaqcadan alıb evdə mətbəxdə, məhəccərdə gizlədən uşaqlar olur. Bu yanğın təhlükəsini qaçılmaz edir. Bildirmək istəyirəm ki, pirotexniki məmulatların, partlayıcı vasitələrin və fişənglərin mülki dövriyyədə satışı, istifadə olunması qadağandır. Yalnız xüsusi icazə əsasında pirotexniki məmulatların, partlayıcı vasitələrin və fişənglərin satışı və istifadə edilməsi mümkündür. İnsanları yeni il bayramı öncəsi bu məsələdə diqqətli olmağa çağırıram. Partlayıcıları istifadə edənin özlərinə, digərlərinə, əmlaka, ekologiyaya zərərli olduğunu xatırladıram”.шаблоны для dle 11.2
Tarix: 30-12-2019, 13:01







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?