Gözlə görünməyən TƏHLÜKƏ: Azərbaycandakı qəfil ölümlərin səbəbi bilindi A- / A+


 Son günlərdə İranın paytaxtı Tehranda havanın çirklənməsi təhlükəli həddə çatıb. Belə ki, havanın çirklənməsi nəticəsində 8 min nəfərdən çox insan xəstəxanalara müraciət edib. Əhaliyə maskalardan istifadə etmək və zərurət olmadığı təqdirdə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib. Qeyd edək ki, İran ən çirkli havanın müşahidə edildiyi ölkələr siyahısında 12-ci yerdədir. 


Azərbaycanın digər bir qonşusu - Türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkə isə bəhs edilən siyahının 31-ci pilləsində qərarlaşıb. 

Ekspertlərin fikrincə hava çirkililiyi təkcə 2020-ci ildə 7 milyon insanın erkən ölümünə səbəb olacaq. 

Bəs tez-tez toz dumanının müşahidə edildiyi küləklər şəhəri Bakıda yaşayanlar özlərini çirkli havanın təsirlərindən necə qoruya bilərlər?

Mövzu ilə əlaqədar terapevt Məlahət Abbasova “Yeni Sabah”a açıqlamasında bildirib ki, ekoloji çirklilik müxtəlif xəstəliklərə, hətta erkən ölümə də səbəb ola bilər:

“Xəstəliklərin əmələ gəlməsində ekologiyanın da bilavasitə təsiri var. Ekoloji çirklilik 1 kvadvat metrdə olan mikrobların və ya çöplərin sayının normadan çox olmasıdır. Çirkli hava ilk növbədə ağciyər xəstəlikləri yaradır.  Fikir versək görərik ki, son zamanlar ağciyər xəstəliklərinin, eləcə də vərəm xəstəliklərinin sayı xeyli artıb. Bundan başqa havanın çirkliliyi bədənimizə hopur və müxtəlif dəri xəstəlikləri yaranır. Yaranan dəri xəstəliklərinin bəzilərini heç müalicə də etmək olmur. Ekologiyamızın çirkliliyi ilə əlaqədar ürək xəstəlikləri də xeyli artıb. Bu xəstəliklərin əksəriyyəti qanda oksigen çatışmazlığının fəsadlarıdır. Düzgün oksigenlə təmin olunmayan ürək çox sürətlə döyünür. Buna görə də ürək gücdən düşür. Bu da bir çox xəstəliklərə səbəb olur.

Son zamanlar endokrin sistemi xəstəliklərinin də sayı çoxalıb. Şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri və s. - bunların əksəriyyətinə ekologiyanın müəyyən təsirləri mövcuddur. 

Hava çirkliliyi erkən ölümlərə də səbəb ola bilər. Müşahidə edirik ki, son zamanlar qəfil ölümlər, cavan yaşda ölümlər artıb. Bunun bariz nümunəsi kimi kənd əhalisi ilə şəhər əhalisini müqayisə edə bilərsiz. Kənd əhalisi şəhər əhalisinə nisbətən daha azdır, ekologiyası daha təmizdir”. 

Həkimin sözlərinə görə, hava çirkliliyindən müdafiə olunmağın hələlik tək yolu maskadan istifadə etmək və ekologiyanın təmizliyi üçün çalışmaqdır:

“Vətəndaşlara məsləhət görərdim ki, çirkli yerlərdən - fabrik, zavod ların çox olduğu ərazilərdən keçəndə və yaxud  insanların çox olduğu yerlərdə vaxt keçirməli olanda ən azı maskalardan istifadə etsinlər. Biz hamımız ekologiyamızın təmizliyi üçün əlləşməliyik. İlk öncə yerə zibil atmamalıyıq. Bunu kiçik yaşlardan uşaqlarımıza öyrətməliyik. Şəhərimizi təmiz saxlamalıyıq”.

шаблоны для dle 11.2
Tarix: 20-12-2019, 13:41







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?