“İslahatlara dəstək olmalıyıq” A- / A+
Azərbaycanda qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə olan və hədsiz maraq və coşqu ilə müşaiyət olunan hazırlıq prosesi həm xalqın, həm dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dövlət başçısı cənab Ilham Əliyevin ölkədə keçirdiyi intensiv kadr islahatları eyni zamanda ölkə xaricində yaşayan, beynəlxalq səviyyədə təcrübəsi olan gəncləri dövlət idarəetməsi və yerli özünüidarəetmədə fəal iştirak təşəbbüslərinə həvəsləndirir.23 Dekabr tarixində ölkədə növbəti yerli özünüidrəetmə orqanlarına-bələdiyyələrə seçkilər baş tutacaq. Qeyd edək ki, seçki keçiriləcək bələdiyyələrin sayı 1606, seçiləcək bələdiyyə üzvlərinin sayı 15156 nəfərdir.
Builki seçkilərdə 13 partiyanın üzvləri və bitərəf namizədlər qeydə alınıb. Seçki kampaniyalarında xüsusi fəallığı ilə seçilən hakim partiya sayılan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasına "Xalq üçün!" şüarı ilə başlayıb və bu deviz altında uğurlu şəkildə seçki təbliğatını davam etdirir.
Sosial şəbəkələrdə bitərəf gənc namizədlərin seçki şüarları da maraq doğurur. Yasamal bələdiyyəsinə "İdarəetmə bələdiyyədən başlayır", Nərimanov bələdiyyəsinə "Dəyişən bələdiyyə üçün səs ver!", Nəsimi bələdiyyəsinə "Nəsimi ilində Nəsimi üçün!" devizi ilə öz təşəbbüsü ilə seçkiyə qatılan namizədlər təbliğat-təşviqat kampaniyasına müsbət yanaşmaları ilə diqqəti çəkirlər.
23 Dekabr Bələdiyyə seçkilərində gənc qadınların fəallığı xüsusilə maraq doğurur. Xətai rayon bələdiyyəsinə bitərəf namizəd Günel Nəsirova "Islahatlara dəstək ol!" şüarı ilə gəncləri və seçiciləri pozitiv və inamlı olmağa çağırıb: "Hesab edirəm ki, seçkilərin nəticəsindən asılı olmayaraq, biz, dünyagörüşü və təcrübəsi yaşadığı regiondan daha geniş və böyük olan optimist gənclər yeniliklərə, islahatlara və xalqa faydalı olacağımıza inanmalıyıq və məmləkətimizin inkişafı yolunda üzərimizə düşəni etməliyik. Ola bilər, hazırda bələdiyyələr islahatlara hazır deyil, ola bilər, biz bu idarəetmə sistemində yer almağa hazır deyilik. Ola bilər, bizə heç bələdiyyə bir struktur kimi lazım deyil, ola bilər, biz birdəfəlik bələdiyyə üsul-idarəetmə sisteminə keçməliyik. Ola bilər, bizdən daha layiqli namizədlər var, ola bilər, biz daha layiqli institutlarda təmsil olunmalıyıq. Amma biz ruhdan düşməməliyik, dəyişikliklərə açıq olmalıyıq və islahatlara dəstək olmalıyıq!"- gənc xanım namizəd öz sosial hesabındakı şərhdə qeyd edib.шаблоны для dle 11.2
Tarix: 19-12-2019, 16:15







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?