İctimai birlik uşaqlara dəstək "Günərzi" layihəsinə başladı-FOTOLAR A- / A+

 


“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Sumqayıt şəhərində günərzi mərkəzi xidmət göstərir”
 
 News12.az 
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən müsabiqəyə əsasən 2019-cu il büdcə göstəricilərində 01 avqust 2019 tarixindən - 31 dekabr 2019 tarixədək müddəti əhatə edən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı müsabiqədə İstedadlı Əlillər İctimai Birliyinin layihəsi Sumqayıt şəhəri üzrə qalib elan olunmuşdur. Layihənin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq baxçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlərinin göstərilməsi, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmin edilməsi, layihə müddətində Sumqayıt şəhərində yaşayan azı 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarətdir. Mərkəzin fəaliyyətindən faydalanmaq istəyən vətəndaşlar aşağıdakı vasitələrlə əlaqə saxlasınlar.
E-poçt: istedadlieliller_ib@yahoo.com Tel: 0509993079 İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti






 
шаблоны для dle 11.2
Tarix: 16-09-2019, 14:56







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?