Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində tibbi müayinə aksiyası keçirilib.
News12.az xəbər verir ki, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislərdən ibarət olan 20 nəfərdən ibarət həkim briqadası Səhiyyə Nazirliyinin qəsəbədə yerləşən 19 saylı birləşmiş xəstəxanasının poliklinika şöbəsində məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib.
Aksiya haqqında Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əvvəlcədən məlumat verilib.
Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.
Respublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və 19 saylı birləşmiş xəstəxananın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.
Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə ninnətdarlıq bildiriblər.
Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

- Türkiyə yerlə-yeksan olacaq və... - Yapon alimdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
- Türkiyə Azərbaycana yeni silahlar verəcək - Ermənilərin "Bakı hücum fürsəti gözləyir" təlaşı
- Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb
- Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO
- Bu faktlar sizi GÖZ YAŞLARINA BOĞACAQ: Türk
- Mehmetcikdən onlara əsgər salamı göndərən -VİDEO

Ticarət mərkəzləri niyə YANIR?
Milli qəhrəman ailələri Ümummilli lider Heydər Əliyevin məzarın ziyarət ediblər