Yollara çəkilən zolaqlar niyə tez yox olur? A- / A+


BNA sözçüsü: “Çatışmazlıqların aradan qaldırılmasına başlanılıb”

Bakıda və rayonlararası yollarda sürücü və piyadaların narahatlığına səbəb olan hallardan biri də şose və küçələrə çəkilən nişan-xətlərin, piyada zolaqlarının tez bir zamanda silinməsidir. Məsələn, Bakı-Sumqayıt yolunun Biləcəridən Xırdalan dairəsinədək hissəsi 2 ay öncə təmir edilərək, istifadəyə verilib, artıq bəzi hissələrdə xətlər görünməz haldadır.

Son zamanlar piyadaların ölümü ilə nəticələnən qəzaların artmasında rol oynayan əsas səbəblərdən biri də piyada zolaqlarının silinməsi və yox vəziyyətində olmasıdır. Xətlərin silinməsi insanların həyatını təhlükəyə atmaqla yanaşı, sürücülərin də tez-tez qayda pozuntusu etməsinə və cərimələnməsinə səbəb olur.

Bu məsələyə hansı dövlət qurumu nəzarət edir? Piyada zolaqları, eləcə də yollardakı digər zolaqlar nə qədər müddətə yenilənir? Yollardakı müvafiq vəziyyət vaxtaşırı monitorinq edilirmi?

“Yeni Müsavat” məsələ ilə bağlı müvafiq dövlət qurumlarına sorğu göndərib.

Qeyd edək ki, piyada zolaqlarının çəkilməsi və yolların işarələnməsi işi birbaşa Bakı Nəqliyyat Agentliyinə tapşırılıb.

Ä°lgili resim

Mövzunu şərh edən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, piyada zolaqlarının vəziyyəti ilə bağlı yetərincə problemlər mövcuddur: “Bakı şəhərində eynisəviyyəli piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan araşdırmalarımız onu deməyə əsas verir ki, bu gün bu sahədə bir sıra çatışmazlıqlar mövcuddur. Bəzi küçələrdə bu keçidlərin yeri düzgün məüyyənləşməyib, bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Bakı Nəqliyyat Agentliyi piyada təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində artıq bu çatışmazlıqların aradan qaldırılmasına başlayıb. İşlər şəhər mərkəzi ilə yanaşı ətraf yaşayış məntəqələrində də aparılır. Yeni tədris ilinin başlanması ilə əlaqədar hazırda əsas diqqət məktəb binalarının ətrafına yönəldilib. Məktəblərin ətrafında pozulan zolaqlar yenidən rənglənir”.

M.Ağayevin sözlərinə görə, vətəndaşların müraciətinə əsasən də yeni piyada zolaqları çəkilə bilər: “Bu gün həmçinin vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında da ehtiyac duyulan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilir”.

Keyfiyyət məsələsinə gəlincə, BNA sözçüsü bildirdi ki, bu piyada keçidlərinin çəkilməsi zamanı istifadə olunan rənglərin haradan gətirilməsi ilə onlarda məlumat yoxdur: “Bu işləri lisenziyası olan podratçı şirkətlər həyata keçirir və müvafiq materialları da onlar təmin edir. Rənglərin yenilənməsi tezliyinə gəlincə,  bu, yolda hərəkətin intensivliyindən asılıdır. Hərəkətin intensiv olduğu yerlərdə zolaqların rəngi daha tez itdiyindən yenilənmə də tez-tez aparılır. Amma hərəkətin az olduğu yerlərdə təkrar rənglənmələr daha uzun müddətli olur”.

Yollarda rənglənmə işlərini aparan digər bir qurum isə Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsidir. Mövzu ilə bağlı bu qurumun da rəyini öyrənməyə çalışdıq.

“Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin texniki şöbə rəisi Şahin Həsənov “Yeni Müsavat”a bildirdi ki,  yollarda zolaqların çəkilməsi zamanı istifadə olunan rənglər tender əsasında alınır: “Həmin rənglər sırf yol üçün hazırlanır. Lakin onları biz hazırlamırıq. Biz hazır şəkildə onu alıb, istifadə edirik. Tender keçirilir, rənglər bizə verilir. Onların istifadə müddəti maksimum  üç aydır. Bu, həm də asfaltın keyfiyyətindən asılıdır. Asfaltın üzərində müvafiq maddə olmayanda rənglər tez gedir. İl ərzində zolaqlar dörd dəfə yenilənir. Onu da xatırladım ki, bütün yollara biz nəzarət etmirik.  Bakı Nəqliyyat Agentliyi də sifariş verərək bu işləri icra edir. Biz əsasən qəsəbədaxili piyada zolaqlarına nəzarət edirik. Əgər komissiya tərəfindən hansı rayondan tapşırıq gəlirsə,  o  zaman icra edirik. Yeni yol çəkiləndə və yaxud asfalt örtüyü dəyişəndə isə bu işi biz görmürük. Lakin bizim quruma zolaqların pozulması ilə bağlı vətəndaşlar və ya Dövlət Yol Polisi İdarəsi tərəfindən hər hansı xəbərdarlıq, göstəriş gələn zaman dərhal həmin keçidi bərpa edirik. Dərs ilinin başlaması ilə əlaqədar artıq bütün məktəblərin qarşısında bu işlərə başlanılıb”.

шаблоны для dle 11.2
Tarix: 4-09-2018, 09:43



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?