Bakının bəzi məktəblərində dərslər daha tez başlayacaq A- / A+

 
Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlayır. Amma əksər özəl litseylərdə tədris mövsümünün başlama və bitmə tarixi fərqlidir.

Virtualaz.org xəbər verir ki, Avropa Azərbaycan Məktəbində bu gündən dərslərə başlanılıb. Məktəbdə tədris mövsümü sentyabrın 3-dən başlayıb, iyunun 26-da yekunlaşacaq. Bakı Oksford Məktəbində isə ilk dərs sentyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş son dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, özəl məktəblər dərs ilinin başlama və bitmə tarixini tədris proqramına uyğun olaraq özləri müəyyənləşdirə bilər.

Xatırladaq ki, respublika üzrə təhsil alan şagirdlərin sayı 1 milyon 520 min nəfərdir. Onlardan 1 milyon 509 min nəfəri dövlət əyani ümumi təhsil müəssisələrində, 10928 nəfəri qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alır.
шаблоны для dle 11.2
Tarix: 3-09-2018, 13:45



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?