Tələbələr üçün “Made in Azerbaijan” laboratoriyası keçirilib A- / A+
   
İyunun 27-də Azərbayan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, "GR Group" və "Azmarketing" şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Made in Azerbaijan” tələbə laboratoriyası layihəsinin yekun mərhələsi baş tutub.
Layihə rəhbəri Günel Rüstəmova bildirib ki, layihə14.01.18 tarixində 150 tələbənin iştirak etdiyi müsabiqə yolu ilə seçilib.
Layihənin əsas məqsədi seçilən 10 nəfər tələbəyə (2-si region-Gəncə Dövlət Universitetinin tələbələri, 8-i isi Bakı şəhəri- Dövlət Neft və Sənaye Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri) olmaqla marketinq araşdırmaları, ölkə məhsullarının ixrac potensialının araşdırılması, araşdırılan məhsulların ixrac olunan məhsullar üzrə siyahılandırılması və bu bilgilərlə tələbələrin maarifləndirilməsi istiqamətində silsilə seminarlar, görüşlər həyata keçirilib.
Layihə çərçivəsində Vergilər Nazirliyinin tabeliyində olan “Bir Pəncərə İxraca Dəstək Mərkəzinə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan AZPROMO-ya infotur təşkil olunub. Habelə növbəti aylarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə və bir sıra agentlik və şirkətlərə infoturların davamı planlaşdırılır.
Qeyd edək ki, pilot layihə kimi nəzərdə tutlan laboratoriya tələbələrin marağına səbəb olduğuna görə, növbəti illərdə də keçirilməsi planlaşdırılmaqdadır.
Layihənin uğurlu tərəfi isə tələbələrin öz təşəbbüsü ilə bir sıra ölkələrdən məhsul təklifi olub.
 
News12.azшаблоны для dle 11.2
Tarix: 27-06-2018, 15:02



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?